285
Сечмяляр (шеирляр)
AYGÜN /ağlar/
Ana,
atma bizi yad bucaqlara,
Vurma könlümüzə bir də sən yara!
SƏBA /başını əlləri arasına alır, başqa
otağa keçir, pıçıltılarla/
Aman ah, İlahi, dadıma yet bir,
Vücudum önündə necə müqəssir?!
Məni tək ehtiyac eylədi əsir.
Dağıldı yuvamız, dağıldı hər şey,
Ürəyim sızlayan, ağlayan bir ney.
İndi hara atım mən uşaqları?
Ağlayır ürəyim hey zarı-zarı,
Camal
da soyuyub məndən son zaman,
Didir parçalayır qəlbi ah-aman!
Atım uşaqları yetimxanaya?
Fələk də dərd verər zalım anaya.
Dağıldı, puç oldu bütün diləklər...
Tale həyatımı yaman ələklər!..
Dostları ilə paylaş: