304
Ширин Ханым Кяримбяйли Шадиман
Qarabağ bizimdir…
Qana bulaşmış sinəsiylə torpağı qucaqlayır, şəhid olur. Kaha
yanır və yana-yana bir-birinin ölümünə fərman verən adəm
övladlarına ilahi səs gülür…ha, ha, ha…
İlahi səs (kahanın içində gurlayır)
Qırın, bir-birini vəhşi insanlar,
Yandırın, dağıdın qoy axsın qanlar…
Torpağı, ey bəşər, mən verdim sizə,
Mən həyat verirəm gecə-gündüzə.
Sonunuz ölümdür, dilsiz məzarlar,
Qalanlar ölənə məzar qazarlar.
Sizi yaradanı unudub nədən?
Məmləkət cızırsız dağdan, dərədən.
Qoymaram çoxalsın acgöz əsliniz,
Min il, milyon ildi qandı nəsliniz.
İnsan sümüyündən daşlar yarandı,
O adəm kökünüz hey pozdu andı.
Cəbrayıl, əzrayıl mənə müntəzir,
Ölüm ucuzlaşıb əllərdə gəzir.
Sizi qırdırıram bir-birinə mən,
Məzarlar içində çürüyəcək tən…
İblis içinizdən verəcəm ehsan,
Ruhunuz deyəcək bu işə əhsən…
Uçan boşqabları, səma daşları,
Dəmir canlıları, dəmir başları,
Göndərdim neçə yol yerin tərkinə,
İnsanlıq bürünsün həya kürkünə.
Xeyri yox, qorxusu yoxdur bəşərin,
Kesib caynağına adəmlər şərin…
Dünya başdan-başa batıb günaha,
Dönün iblislikdən, yetin Allaha!..
Dostları ilə paylaş: |