(erməni əskərləri və Suzanna artıq ölmüşdür. Qorqudun
anası, atası və bacıları da şəhid düşmüşlər, qumbaradan
ağır yaralanmış Qorqud can üstə pıçıltılarla…)
Qorqud
İlahi, son nəfəs, son an, son zaman,
Qəlpə ürəyimdə, ölürəm, aman.
Əzizlər şəhidsə gözüm önündə,
Köksüm qan içində bu qara gündə!
Rəbbim, qisas aldım, qazidir adım,
Hənuz Allahıma çatdı fəryadım!
Aldın ürəyincə kamını, Qorqud,
Qayıt öz soyuna, ey qurd oğlu, qurd!..
Yatın atam, anam, mərd bacılarım,
Fəqət ləkəsizdir namusum, arım…
Qızqardaşım Günay, Azərtac uyu,
Bizi yad edəcək bu yurdun soyu!
Sabah Milli Ordu zəfər çalacaq,
Qarabağ bizimdir, bizim olacaq…
|