311
Сечмяляр (шеирляр)
Gözümü açandan hiss elədim mən,
Evimiz
içində gəzir duman, çən.
Onlar bir-birinə heç can demədi,
Bir acı sözü də heç kim yemədi.
Qırğın, dava-dalaş artdı
günbəgün,
Qırıldı bağlılıq bu toy, bu düyün.
Sonra atam atdı bir gün anamı,
Uçdu ailənin xoşbaxtlıq damı.
Gəmidə keçirir anam vaxtını,
Dağıtdı tənhalıq könül taxtını.
Bilməm azəriyəm,
yoxsa erməni,
Siz deyin kim necə çağırsın məni?
Mən lazım deyiləm ata, anama,
Neylim
doğulmuşam dünyaya, amma…
Dostları ilə paylaş: