Shirin xanim Sechmeler 4-cu ktab indd


Süsənin  xəyalı  yox  olur.  Ərqaya  əsəbi.  Mühəndis  işlədiyi



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə255/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   251   252   253   254   255   256   257   258   ...   282
Süsənin  xəyalı  yox  olur.  Ərqaya  əsəbi.  Mühəndis  işlədiyi 
neftçıxarma idarəsinə gedir.
 2-ci şəkil 
Dolu öynə, Sultanın qırmızı kərpicdən yapılmış qəsrəbənzər 
dəbdəbəli evi. Süsən və Ərqayanın eşqindən xəbər tutan Sul-
tan bacısını evdə əsir edib, heç yerə buraxmır. O Süsəni, özü 
kimi pullu-paralı adama, ərə vermək istəyir. Vaxtsız ata-ana-
sını  itirmiş,  Sultan  balıq alveri  ilə  varlanmışdır.  Dörd  divar 
arasında dustaq edilmiş Süsən, qardaşı arvadı Aypara və qızı 
Lamiyə ilə evdədir.
 
 Süsən (qəmli-qəmli)
Bəzəkli ev-eşik, bu var, bu dövlət,
Hamı suç, hamısı heyvani qələt.
Ürək sevgi, dostluq, saflıq oyuncaq,
Haram pul-parayla doludur qucaq.
Kiminin yeməyə çörəyi yoxdur,
Kiminin varı çox, ürəyi yoxdur.
Aypara
Masanın üstündə necə yeməklər,
Meyvələr, şirnilər, özün de nələr?
A Süsən, nəyimiz əskikdir, balam?
Kəsilib arada iltifat, salam.


308
Ширин Ханым Кяримбяйли Шадиман
Üzünün çöhrəsi tufandan betər,
Yenə başlamısan, sən Allah, yetər!
Bilmirəm kefini nə ilə alam?
Dözürəm hər cəngə, mən Rüstəm-zalam!
Axı tək deyilik bu el içində,
Qonşuların dili niyə, neçində?
Sənin Ərqayayla məhəbbətin car,
Həya yaxşı şeydir el, camaat var.
Qardaşın nə vaxtdı üzümə baxmır,
Məni də heç yerə daha buraxmır.
Nəzir-niyaz ilə bir qızımız var.
Firavan günümü eyləmisən tar.
Sevgi də, eşq də bir quru sözdür.
Axı qonum-qonşu bu evə gözdür.
Lamiyə
Mənim gözəl bibim bir nağıl söylə,
Nədən pərişanlıq bu qədər böylə?
Bu evdə tək sənsən qəlbimə yaxın,
Qüssəni, kədəri buraxma yaxın.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin