315 Сечмяляр (шеирляр)
4-cü şəkil Xeyli zamandır Süsən Altunşaha nişanlanıb. Bir azdan Al- tunşahla Süsənin restoranda toyu gözlənilir. Toydan qabaq Süsənə qardaşı Sultanın evində oğlan evindən gələn qadın- lar gətirdikləri gəlinlik paltarını geyindirməklə və bəzək- düzəklə məşğuldurlar. Süsən qadınlardan icazə alıb kədərli halda ayrı otağa keçir.
Süsən (son dərəcə kədərli) Allah, çəkdiklərim nədir dünyada?
Öz doğma qardaşım çevrilib yada.
Gözüm görə-görə könlə dağ çəkir,
Qəlbində hardandır bu hiylə, məkir?
Məni sevmədiyim adama verir,
Könlümü əzabla, ağrıyla gərir.
Bu dərdin çarəsi yalnız intihar,
Qardaşım Sultana qoy bu olsun ar.
Bilirəm özünə qəsd etmək günah,
Fəqət Altunşahla günüm olar ah.
Ahlarla çarpışan ömür vay keçər,
Bəbəyin yaşları qəlbdən su içər.
Bu çayda boğular bütün diləklər,
Bir-birin sevmirsə, əgər ürəklər.
Sinəmdə bir başqa məhəbbətim var,
Bir başqa biriylə can ülfətim var.
Ərqayanın eşqi könlümə yardır,
Onsuz dünyam mənə büsbütün dardır.