323
Сечмяляр (шеирляр)
Altunşah (diz çökür)
Aman, ay Allahım,
səbr ver mənə,
Əzəlki həyata qayıdım yenə.
Bəlkə
zəhərlədin sən öz-özünü,
Mən aça bilmədim o kor gözünü.
Süsən, ölmə, Süsən, gözlərini aç!
Ölümün əzazil pəncəsindən qaç.
Mən ki,
heç vüsala yetişmədim ah,
Daha açılmasın bu gündən sabah…
Süsən (bənizi saralmış)
Altunşah eyləmə cəfanı cana,
Məni Allah özü salıb divana.
Dərdimə dərmanı eyləmək becə,
Bir azdan həyatım olacaq gecə…
Altunşah (çaşmış halda)
Bəlkə dərman içib hamıdan gizli,
İlahi,
bu dünya, cahan min üzlü.
Elədim bir qızı zorla nişanlı,
Adım el ağzında qalacaq qanlı.
Əlimlə
məhv etdim, Rəbbim, Süsəni,
Daha cəhənnəm də götürməz məni!
Aman-ah, İlahi, neyləyim indi?
Toyum vaya döndü, bu necə gündü?
Dostları ilə paylaş: