(cibində gizlətdiyi bıçağı öz ürəyinə yeridir. Ərqaya alqana
bürünür, o qan içində Süsənin meydini qucaqlayır və ölür...
Bu mənzərədən dəhşətə gələn camaat kimi meyidlərin
üstünə qaçır, kimi isə restoranı tərk etməyə başlayır.)
IV PƏRDƏ. 7-ci şəkil
Süsənlə Ərqaya neçə gündür məzarlıqda uyuyur. Sultan üzü-
tüklü Nazanın evində. Altunşah da onunla bir yerdədir. Sul-
tan son dərəcə kefli…
Sultan
Ah, Nazan, bilirsən, yaslı da olsam,
Tufan buludutək boşalıb dolsam,
Səninlə təsəlli tapıram, ancaq,
Bu mənzil ömrümə son dayanacaq.
Nazan (siqarı siqara calayır)
Bilsəydin nə qədər sevirəm səni?
Heç kişi ovutmaz dünyada məni.
Səni qısqanıram günə, aya da,
Naləmdən fəqanə gəlir qaya da.
İnci
Yenə də başladı qızda dəlilik,
Min yol söyləmisən bunu bilirik.
|