51
Сечмяляр (шеирляр)
Tufanların sehiri adamlarla gecələr.
Yuxulara şirinlik, şəkərlik qatızdırar.
Gecə yuxularına
gələr su pəriləri,
Necə də baş vurarlar qorxmadan dərinliyə.
Almaz təki bərq vurar gümüşü dəriləri,
O ilahi mələklər öyrəşər sərinliyə.
Oğlan, qız sədaları sularda sınıb qalar,
Dolaşar Neft Daşların pak gecə gülüşləri.
Hər qəlbə, hər ürəyə şadlıq mehrini salar,
Yığar öz ətrafına hey tanış-bilişləri.
İşıq seli altında qaranlıqlar incələr,
Növbədən qayıdanlar yavaş-yavaş yatışar.
Yorğun düşmüş əl-ayaq rahatlıqla dincələr,
Burda halal zəhmətə şirin yuxu qatışar.
Sübhədək qalıb oyaq,
dəniz də layla çalar,
Mehriban ana kimi oxşayar yatanları.
Coşub-daşan dalğalar qolları üstə alar,
Şərəfli əməyiylə arzuya çatanları.
Yorğunluqdan dincələn ürəklər pərvazlanar,
Sabah görülən işi bugün ölçüb-biçərlər.
Buruqlar
ölkəsində həyat necə nazlanar,
Çətin görünən yoldan asanlıqla keçərlər.
Gecə qayğılarına bürünərlər ürəklər,
Xəyallar yığın-yığın alar ağzına bizi.
Sığallar sinəmizi o məlekə diləklər,
Sabaha qarşımızda açar neçə yol-izi.
Ərzin dərdi-səriylə gözlərimiz yuxlayar,
Kiminin eşq yanğısı sinədən ərşə qalxar.
Təzə-tər könülləri
bir pak sevgi oxlayar,
Bir divanə məhəbbət qəlbi yandırıb-yaxar.
52
Ширин Ханым Кяримбяйли Шадиман
Buruqlar adasında ay xoş, sevdalı gecə,
Dəniz nəsimi ilə nəvaziş göstər bizə.
Həyat da çiçəklənir, sellər gurlaşır necə.
Mübarək qədəminlə çıxmışıq hər gündüzə.
Yolumuzu
gözləyir halal zəhmət, şanlı iş,
Taleyimiz, ömrümüz necə bağlıdır ona.
Bu Odlar ölkəsində baş ucaldan yüksəliş,
Həyatın yollarında olub ağ saçlı ana.
Nələr keçir qəlbimdən elə bu an, bu gecə,
Ürək min bir qürurla vurur sinə içində.
Ey Şadiman,
bu dövran, bu şad, firavan büsat,
İlhamdan bir qalaça qurur sinə içində.
Dostları ilə paylaş: