64
Ширин
Ханым Кяримбяйли Шадиман
ƏSLİ-SOYU TAMAM DANAN
Əsli-soyu
tamam danan,
Hardan gəlib, hara getdi?
Doğmaya yox, yada yanan,
Harda idi, hara yetdi?
Bədən cana xain çıxmaz,
Yaramaza
kimsə baxmaz,
Şər əlindən heç buraxmaz,
Bülbül susdu, qarğa ötdü.
Qırantlarla bəslənənlər,
Bu
eşq ilə süslənənlər,
Düşmənlə bir səslənənlər,
Könlə gələn sözdə bitdi.
Atı minib, tərsə çapan,
Öz xalqına
çirkab atan,
Bilinməyir anan, atan,
Bilinirsə nə xislətdi?
Şər yağıdı, bəlli üzü,
Fitnə-fəsad
hər bir sözü,
Baş açmaq da olmur düzü,
Kök birsə nə xəyanətdi?
Şadimanı çək çarmıxa,
Fitvalara
verməm yaxa,
Xalqın gözü baxa-baxa,
Düşmənə nə ibadətdi?
14.02.2013