LIII Fəsil
İdman üzrə fənn proqramı
-
Ümumi hissə
-
Giriş
İdman və bədən tərbiyəsi şəxsiyyətin harmonik inkişafı üçün ibtidai və baza təhsilinin başlıca məqsədini təşkil edən vacib şərtdir. Yeniyetməni ibtidai siniflərdən fiziki fəallığın vacib olmasını dərk etməyə alışdırmalıyıq. O dərk etməlidir ki, sağlamlıq nəinki təkcə xəstəliyin olmaması, həm də bu xəstəlikdən yaxa qurtarmaq deməkdir ki, buna da sağlam həyat qaydasına riayət etməklə mümkündür. O anlamalıdır ki, fiziki fəallıq ömrün uzadılmasının, sosial və maddi rifahın ön şərtidir.
İdman tədris planının tələbləri şagirdlərin bu fənnə münasibətini radikal surətdə dəyişməlidir. Şagirdlərin üzərinə idman fəallığı zamanı daha çox məsuliyyət düşür, çünki onlar yarışlar zamanı qarşıya çıxmış vəziyyətə görə problemlərin həllini müstəqil icra edirlər, düzgün qərar qəbul etməli və komanda yoldaşları ilə sosial interaksiya yaratmalı olurlar. İdman növlərinin rəngarəngliyi oğlanlara və qızlara eyni cür imkan verir ki, özlərinin fiziki qabiliyyətlərini aşkara çıxarsınlar və inkişaf etdirsinlər. Məktəbdə qazanılmış sağlam həyat üçün zəruri qabiliyyət-vərdişlər şagirdləri bütün həyatları boyu müşayiət edir, bu isə onların fəal və zəhmətsevər vətəndaşlar kimi yetişmələrinin möhkəm əsasını təşkil edir. Sağlam və əmək qabiliyyətli əhali isə ölkənin müdafiə qabiliyyətinə, iqtisadiyyata və firavanlığa təsir göstərir.
İdmanın bir fənn kimi məktəblərdə təsis edilməsi idman fəaliyyətinə yalnız nailiyyətli şagirdlərin cəlb olunması demək deyildir. Bütün şagirdlərin idman məşqlərində və yarışlarında iştirak etmələri üçün şərait yaradılmalıdır. İdman və bədən tərbiyəsinin səmərəli və nəticəli dərsləri şagirdləri öz fiziki qabiliyyətinin inkişaf etdirilməsi imkanlarına və zəruriliyinə inandırmalı, onların bərqərar olmasına kömək göstərməlidir.
İdman və bədən tərbiyəsi fənninin tədrisinin yaxşılaşdırılması şagirdlərin psixi-fiziki inkişafına, sağlam həyat tərzinə, həm dəyərlərin möhkəmləndirilməsinə və eləcə də müvafiq qabiliyyət-vərdişlərin formalaşmasına imkan verəcəkdir. Bunlar aşağıdakılardır: ədalətli oyun, komanda həmrəyliyi, fərdi və komanda özünü ifadəsi , qarşılıqlı yardım, daxili intizam, fəallıqların birgə planlaşdırılması, məsuliyyətin bölünməsi və liderlik, qeyri-zorakı qarşılıqlı hərəkət, kollegiallıq, qarşılıqlı anlaşma.
Narkotik maddələrdən istifadənin qarşısının alınması nöqteyi-nəzərindən idman oyunları aşağıdakı qabiliyyət-vərdişləri və dəyərlərin formalaşdırılmasını nəzərdə tutur: nailiyyət qazanmaq tələbinə əməl etmək, məğlubiyyəti ləyaqətlə qarşılamaq, sağlam həyat tərzini, bir dəyər kimi dərk etmək və həyatda tətbiq etmək, öz güclərindən zövq almaq, özünəinam və özünü dərk etmək, sağlam komanda ilə (həmyaşıdları dairəsində) eyniliyi hiss etmək və s.
Sosial təcrid olunmanın qarşısının alınması nöqteyi-nəzərindən, idman oyunları diskriminasiyasız yanaşmanı nəzərdə tutur, yəni sosial cəhətdən müdafiəsiz uşaqların (o cümlədən qaçqın, yetim və qayğıdan məhrum uşaqların) sosial cəhətdən müdafiə olunan həmyaşıdları ilə birgə komanda işində və bu yolla onlar arasında yadlaşmanın aradan qaldırılması vasitəsilə cəmiyyətə inteqrasiyası deməkdir.
Müxtəlif idman oyunlarında qızların və oğlanların bərabərhüquqlu iştirakı genetik bərabərliyin möhkəmlənməsini nəzərdə tutur.
Məktəbdən idman dərslərində və məktəb yarışlarında məhdudimkanlı şagirdlərin bu oyunlara cəlb edilməsi tələb olunur (fiziki problemləri olan şagirdlər, əlil arabasından istifadə edən şagirdlər, əqli inkişaf pozuntusu olan şagirdlər, görmə və eşitmə qabiliyyəti pozulmuş şagirdlər və s.) ki, onlar üçün də fərdi tədris planı işlənib hazırlanır.
b)Fənnin tədris məqsədləri
İdman tədrisinin məqsədləri bunlardır:
-
şagirdi fiziki fəallığa cəlb etsin və bu yolla onun fiziki inkişafına kömək göstərsin;
-
insan həyatında sağlam həyatın əhəmiyyətini onlara dərk etdirsin;
-
ona müstəqil qərar qəbul etməkdən, məsuliyyətdən, konstruktiv əməkdaşlıqdan, tolerantlıqdan və s. ibarət olan vətəndaş qabiliyyət-vərdişlərini aşılasın .
c)Fənnin tədris pillələrinin xarakteristikası
İdmanın bir intizam kimi məktəbin hər üç (ibtidai, baza və orta) pillələrində öz spesifikası vardır.
İbtidai pillə (I-VI siniflər)
İbtidai pillədə uşağın ümumi fiziki hazırlığına və baza-orta pillələrdə idmanın müxtəlif növlərində iştirak etməkdə kömək göstərəcək baza hərəki qabiliyyət-vərdişlərinin qazanılmasına mühüm əhəmiyyət verilir.
Məqsədlər və vəzifələr:
-
sağlam həyat tərzi ilə tanışlıq və ona əməl etmək;
-
müstəqil hərəki davranışların həvəsləndirilməsi və formalaşdırılması;
-
sadə fiziki məşqlər texnikasına yiyələnmək;
-
inkişafetdirici məşqlər komplekslərini öyrənmək və ondan istifadə etmək ;
-
düzgün hərəki qabiliyyət-vərdişlərini işləyib hazırlamaq;
Məktəbin ibtidai pilləsində şagird müstəqilliliyə vərdiş edir. Bunun üçün o, aşağıdakıları bilməlidir:
-
bu və ya digər məşqin və ya hərəkətin praktiki əhəmiyyətini və fiziki inkişaf üçün onun zəruriliyini. Dərs başlanan kimi şagirdləri bu məşqin əhəmiyyətli olmasına inandırmalıyıq. Məs., əgər söhbət elastiklikdən gedirsə, elastikliyin praktiki əhəmiyyətindən danışmalıyıq, yəni sadə hərəkətdən başlamış sağlam həyat qaydasına qədər bu və ya digər məşqin əhəmiyyətinin düşünülmüş motivasiyasını ön plana çəkməliyik.
-
Hərəkətin (fəaliyyətin) təyinatı. Məs., əgər söhbət elastiklikdən və cəldlikdən gedirsə, şagird məşqlər kompleksində müəyyən qanunauyğunluqlar görməli və müstəqil yerinə yetirməyi bacarmalı, yaxud da mövcud olanı mürəkkəbləşdirməlidir.
-
Dərsdə məşqlərin yerinə yetirilməsinin ardıcıllığına əməl etmək. Şagirdlərə ümumi inkişaf etdirmə və xüsusi məşqlərin nə üçün lazım olduğunu və bunların nə üçün dərsin əvvəlində keçirilməli olduğunu izah etməliyik. Şagirdlər anlamalıdırlar ki, məkanda istiqamətləndirməni inkişaf etdirmək məşqi (məs., maneələr arasında qaçış), məsələn, basketbol oyunundan irəlidə olmalıdır, yerində qaçmaq – hərəkətli oyunlardan və s.
İbtidai pillədə iş metodları.
Əgər tədris prosesində emosionallıq yoxdursa, o zaman I-VI siniflərdə şagirdlərdə yaradıcılıq və fiziki aktivliyin inkişaf etdirilməsi təsəvvür edilməzdir. Buna görə də dərsdə oyunlara və qruplar arasında yarışlara üstünlük verilməlidir. Şən yarış, hətta sadə həvəsləndirmənin müşayiəti ilə bütün şagirdləri tədris prosesinə cəlb etmək üçün yaxşı stimuldur.
Tədris işi onların fiziki göstəricilərinin və sağlamlığının yaxşılaşdırılmasına yönəldilməlidir. Fiziki təlim proqramını keçmiş şagird aşılanmış hərəki qabiliyyət və vərdişlərdən müstəqil istifadə etməyi bacarmalıdır.
Pedaqoji metodlardan biri kimi oyundan istifadə etməklə tədris daha şən və motivasiyalı olur. V-VI siniflərdə şən oyunlar şagirdlərin hərəkətlərə adət etmələrini yaxşılaşdırır, onlar tərəfindən situasiyaların təhlil edilməsi qabiliyyətini yüksəldir, fantaziyanı, zaman və məkan hisslərini inkişaf etdirir.
Baza pilləsi (VII-IX siniflər)
Baza pilləsində tədrisin əsas məqsədləri və vəzifələri:
-şagirdlərin sağlamlığının möhkəmləndirilməsi və gündəlik fiziki inkişaf;
-idman fəallığında müstəqilliyin aşkara çıxarılmasına kömək göstərmək və təşkil etmək;
-seçilmiş idman növündə idman texnikası və taktikasının təkmilləşdirilməsi üçün zəruri xüsusi fiziki hazırlığın və imkanların inkişaf etdirilməsi;
-idmanın seçilmiş növündə hərəkətlərin və fəaliyyətlərin texnikasını öyrənmək və təkmilləşdirmək;
-idman təliminin gigiyenası və travmatizminin profilaktikası;
-fiziki hazırlığın özünüqiymətləndirməsi;
-özünə nəzarət və təhlükəsizlik qaydalarına əməl etmək.
Baza pilləsində işləməyin metodları.
VII-IX siniflərdə idman dərslərində vaxt bölgüsü təlimin konkret məsələlərinə uyğun gəlməlidir. Fiziki hazırlığa xüsusi diqqət yetirilməlidir, texniki hazırlığa isə - təqribən 50% ayrılmalıdır. İnteqrativ hazırlığın əhəmiyyəti də geniş əks olunmuşdur. Buna oyun və yarış şəraitlərində onların səmərəliliyindən istifadə etmək məqsədilə təlimin komponentlərinin (fiziki, texniki, taktiki hazırlığın) birləşdirilməsi zərurəti səbəb olur.
Tədrisin bu mərhələsində şagirdin şəxsi və sosial dəyərlərinin formalaşması böyük əhəmiyyət kəsb edir: borc hissi, mətinlik, şəxsi məsuliyyət, qrupda iş qabiliyyəti, yarış qaydalarına əməl etmək və idman əhval-ruhiyyəsini oyatmaq. Təlim prosesində şagirdlərin psixoloji statusu müəyyənləşdirilir. Onlarda özlərinə inam yaranır, özünüdərketmə inkişaf edir, özünüqiymətləndirmə və özünüidarə qabiliyyəti inkişaf edir.
Orta məktəb (X-XII siniflər)
Orta pillədə idmanın tədrisinin əsas məqsədləri və vəzifələri:
-
sağlam həyat qaydasına əməl etmək;
-
dərslərdə və dərslərdən sonra müstəqil idman fəallığının və yaradıcılıq yanaşmasının stimullaşdırılması;
-
fiziki kamilliyə meyl;
-
seçilmiş idman növlərində texnikanın və taktikanın təkmilləşdirilməsi;
-
seçilmiş idman oyun növlərində hər bir şagirdin fərdi hazırlığının, müvafiq fəaliyyətinin müəyyənləşdirilməsi;
-
şagirdlərin psixoloji hazırlığının və təlim nəticələrinin təhlili qabiliyyətinin aşılanması;
-
şagirdlərdə yarış prosesində kütləvi şəkildə cəlb olunmaq motivasiyasını oyatmaq.
Orta məktəb pilləsində iş metodları.
Tədris prosesində müəllim şagirdlərdə emosiya, həvəs və gümrahlığın inkişaf etdirilməsi, yüklənmənin müntəzəmliyi, idman yarışları ilə şagirdlərin maraqlanmasının qayğısına qalır. Pedaqoq şagirdə özünün imkanlarını idmanın hansı növündə aşkara çıxarabiləcəyini məsləhət görür.
İdman fəallığında və yarışlarda iştirak etmək şagirdlərdə iradənin möhkəmləndirilməsinə, məqsədyönümlüyə, ədalət hisslərinin yaranmasına, qrupa və kollektivə adaptasiya olunmağa kömək göstərir və s.
Müəllim şagirdlərin fərdi özünəməxsusluğunu nəzərə almaqla idman vərdişlərinin formalaşmasını, taktiki qərarların qəbul olunmasını təmin etməlidir. Müəllim məşq prosesinə konstruktiv yanaşmağı bacarmalı, dərslərin gedişi zamanı uyğun şərhlər və təlimatlar verməyi, şagirdlərin idman fəallıqları barədə qeydlər etməyi, şagirdlərin təlimi prosesində həvəsləndirmə və tənbeh-cəzalandırma metodlarından istifadə etməklə düzgünlüyə riayət etməyi və səmərəli təsir göstərməyi bacarmalıdır.
Üçüncü pillədə məktəbdə idman müəlliminin əsas funksiyası şagirdlərin hərəki qabiliyyət-vərdişlərini kompleks halda inkişaf etdirməkdən, inteqrativ hazırlıqdan ibarətdir ki, bu da əsasən yoxlama yarışları ilə müəyyənləşdirilir. Müəllim hər bir təlim dərsini müsbət əhval-ruhiyyə ilə keçirməlidir.
ç) Fənnin tədrisinin təşkili
Ümumtəhsil məktəbində idman fənni hər üç pillədə nəzərdə tutulmuşdur. Hər bir pillədə idman icbari fənn kimi tədris olunur.
Məktəb baza-orta pillədə idmanın növlərindən minimum üçünü (3) seçir ki, bu da qızlar və oğlanlara qrupda və fərdi idman növlərinə bərabər yiyələnmək imkanını verir.
Hər bir idman növü üçün baza və orta pillə dərslikləri üç səviyyəyə əsasən (I, II və III) yazılır, müəllim konkret sinfin tələbatlarını nəzərə almaqla müvafiq səviyyəni seçir və həmin səviyyəyə əsasən tədris prosesini aparır. Belə ki, istənilən sinifdə hər bir səviyyədən istifadə etmək mümkün olur. Məsələn, əgər şagirdlər 10-cu sinifdə basketbolun tədrisinə başlayırlarsa, müəllim tədrisi basketbol dərsliyinin birinci səviyyəsinə əsasən aparır.
İdman növlərinin siyahısı
Oyun növləri:
-
futbol;
-
basketbol;
-
voleybol;
-
əl topu;
-
reqbi;
-
tennis;
-
stolüstü tennis;
-
badminton;
-
ot üzərində xokkey;
-
şahmat.
Mübarizə növləri:
-
Gürcü güləşi;
-
Yunan-Roma güləşi;
-
sərbəst güləş;
-
cüdo;
-
sambo;
-
Şərq döyüşləri.
Fərdi növlər:
-
ağır atletika;
-
idman gimnastikası;
-
bədii gimnastika;
-
idman akrobatikası;
-
idman aerobikası;
-
üzgüçülük;
-
xizək idmanı;
-
fiqurlu konki sürmək;
-
idman rəqsləri (latın-amerika proqramı);
-
müasir rəqslər.
Məktəb idman növünü seçərkən mütəxəssisin ixtisasını, mövcud infrastrukturu, regionun özünəməxsusluğunu və yerli ənənələri nəzərə almalıdır. Bu halda, əgər məktəbin idman salonu/meydanı yoxdursa, o zaman məktəb müdriyyətinin kənddə/qəsəbədə/şəhərdə mövcud olan idman infrastrukturlarından istifadə etmək imkanları əldə etməsi arzuolunandır.
Müəllim idman dərslərini elə planlaşdırmalıdır ki, fiziki, texniki, taktiki və psixoloji hazırlıqla yanaşı şagirdə sağlam həyat qaydası barədə də bilik versin.
d) Fənnin tədrisi istiqamətlərinin təsviri
İdman tədrisinin ibtidai pilləsinin istiqamətləri bunlardır:
-
Sağlamlıq və təhlükəsizlik. Şagirdlər fiziki fəallıq, sağlamlıq və fiziki inkişaf arasında hansı əlaqənin olduğu ilə tanış olur; sağlam həyat qaydasını öyrənirlər; onlarda təhlükəsizliyə riayət etmək qabiliyyət-vərdişləri inkişaf edir.
-
Hərəkət və hərəki qabiliyyət-vərdişlər. Şagirdlər müxtəlif növ hərəki qabiliyyət-vərdişləri mənimsəyir; şən və əyləncəli hərəki oyunlar vasitəsilə əsas fiziki keyfiyyətlərini inkişaf etdirir və idman növlərinin texniki baza elementlərinə yiyələnirlər.
-
Fəal iştirak. Şagirdlər intizama alışır, başqasının fikirlərini diqqətlə dinləyir; sosial mühitdə uğurla yaşamaq üçün zəruri qaydalara riayət edirlər.
İdmanın tədrisinin baza və orta pillələrinin istiqamətləri:
-
Sağlamlıq və təhlükəsizlik. Şagirdlər fiziki fəallıq, sağlamlıq və fiziki inkişaf arasında hansı əlaqənin olduğu ilə tanış olur; sağlam həyat qaydasını öyrənirlər, onlarda təhlükəsizliyə əməl etmək qabiliyyət-vərdişləri inkişaf edir.
-
Hərəkət və hərəki qabiliyyət və vərdişlər. Şagirdlər müxtəlif növ hərəki qabiliyyət və vərdişləri mənimsəyir; fiziki keyfiyyətləri inkişaf etdirir; idmanın müxtəlif növlərinə cəlb olunurlar.
-
İdmanda fəal iştirak. Şagirdlər idman növlərinə yiyələnmək imkanlarına əsasən müvafiq məşq komplekslərinin modifikasiyasına, əsas idman növlərinə (futbol, basketbol, valeybol, ağır atletika, gimnastika) tanış olurlar; məktəb, rayon və s. idman yarışlarında, idman-sağlamlıq yürüşlərində və başqa tədbirlərin planlaşdırılmasında fəal iştirak edirlər ki, bu da şagirdlərin yaradıcılıq və tənqidi təfəkkür qabiliyyətlərinin inkişafına, özünə nəzarətə və başqasına nəzarət mexanizmlərinin işlənib hazırlanmasına, idman oyunlarının əsas qaydalarının öyrənilməsinə, ədalətli oyun qaydaları və tolerantlıq qabiliyyət-vərdişlərinin bərqərar olmasına kömək göstərir.
Xüsusi ehtiyaclı şagirdlərin idman dərsinə cəlb edilməsi
Xüsusi ehtiyaclı şagirdlər idmanın fənn proqramına qoşulmaq üçün əlavə/xüsusi xidmətə, o cümlədən şagirdin imkanları və ehtiyaclarının qiymətləndirilməsinə, Milli Tədris Planının modifikasiyasına, ətraf mühitə adaptasiyaya, fərdi tədris planının tərtib edilməsinə və s. ehtiyacları olur.
Məktəb, onların fiziki, dərketmə, sosial, emosional və ya başqa xarakterik xüsusiyyətlərinə baxmayaraq, xüsusi təhsilə ehtiyacı olan şagirdlərin idman fəallığına və fiziki təhsil dərslərinə qoşulmalarını t qalmağa borcludur.
Fərdi tədris planı müəllimin/müəllimlərin, mütəxəssislər qrupunun və valideynlərin fəal iştirakı ilə əvvəlcədən müşahidə və ya qiymətləndirmə əsasında tərtib olunur və şagirdin əxlaqı, kommunikasiya vərdişləri, imkanları və onun üçün zəruri xidmətlər barədə tam informasiyanı nəzərdə tutur. Məhdud imkanlı şagirdlərə onlara lazımi bacarıqların və imkanların inkişafına və fərdi resursların aşkarlanması imkanları verəcək tədris aktivlərini təklif etməliyik. Fərdi tədris planı Milli tədris planına əsaslanır və şagirdin bütün təhsil ehtiyaclarını, bu ehtiyacların yerinə yetirilməsi yollarını və planla nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün vacib olan əlavə fəallıqları nəzərdə tutur.
LIV Fəsil
İbtidai pillədə fənn kompetensiyaları
I sinif
İdman
Standart
İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr
İstiqamət
|
Sağlamlıq və təhlükəsizlik
|
Hərəkət və hərəki qabiliyyət-vərdişlər
|
Fəal iştirak
|
İdman.I.1. Şagird şəxsi gigiyena və təhlükəsizliyin elementar qaydalarına riayət edə bilər.
|
İdman.I.2. Şagird fiziki fəaliyyətdə iştirak etmək üçün zəruri hərəki qabiliyyət və vərdişləri (yerdəyişmə - tullanmaq, qaçmaq; manipulyasiya – atmaq, tutmaq; müvazinətin saxlanması –hoppanmaq, düşmək) aşkara çıxarmalıdır.
|
İdman.I.3. Şagird sağlamlığın qorunması və möhkəmləndirilməsi üçün mütləq mütəmadi fiziki fəallıqda iştirak edə bilər.
İdman.I.4. Fiziki hazırlıqla məşğul olma əsasında şagirdin məqsəd qoymaq, insanlarla ünsiyyət, başqaların maraqlarını nəzərə almaq kimi həyati vacib qabiliyyət-vərdişləri aşkara çıxarmaq bacarığı var.
|
İlin sonunda nail olunacaq nəticələr və onların indikatorları
İstiqamət: sağlamlıq və təhlükəsizlik
İd.I.1. Şagird şəxsi gigiyena və təhlükəsizliyin elementar qaydalarına riayət edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
sağlamlıq üçün ziyanlı qidaları sadalayırsa;
-
dişlərə və bədənə qulluq etmək prosedurlarını təsvir edirsə;
-
məişət texnikasının (o cümlədən, elektrotexnikanın) təhlükəsiz istismarı qaydalarını təsvir edərsə;
-
evdə, məktəbdə və ətraf mühitdə hansı potensial təhlükə gözlədiyi barədə söhbət edirsə (yanğın, bədən xəsarəti, günəşin xoşa gəlməz təsiri, ərzaqdan zəhərlənmə və s.);
-
kömək göstərə biləcək (yanğınsöndürən, həkim, polis işçisi) insanları sadalayır və onlarla necə əlaqə saxlaya biləcəyini təsvir edirsə (patrul polisinin, yanğınsöndürmə idarəsinin, təcili yardımın telefon nömrələrini söyləyə bilirsə);
-
oyun üçün təhlükəsiz (evin, məktəbin həyəti, idman salonu) və təhlükəli (çay, avtomobil yolu, zibil bunkeri) yerləri sadalaya bilirsə;
-
tanımadığı şəxslərlə qarşılıqlı münasibət zamanı necə davranmağı söyləyə bilirsə;
-
kompüterin və televiziyanın müsbət və mənfi tərəflərini sadalaya bilirsə.
İstiqamət: hərəkət və hərəki qabiliyyət və vərdişlər
İd.I.2. Şagirdin fiziki fəallıqda iştirak etmək üçün müvafiq hərəki qabiliyyət və vərdişləri aşkara çıxarmaq bacarığı vardır ( yer dəyişmək – hoppanmaq, qaçmaq; manipulyasiya – atmaq, tutmaq; tarazlığı saxlamaq – hoppanmaq, düşmək).
Nəticə göz önündədir, əgər şagird:
-
müəllimin işarəsi ilə hərəkətə başlayır və ya onu başa çatdırırsa (gəzinti, qaçış, hoppanmaq);
-
işarəyə əsasən müxtəlif istiqamətlərdə hərəkət edirsə (gedir, qaçır, hoppanır): təkbaşına, başqaları ilə birlikdə və ya sürətini dəyişməklə;
-
müxtəlif trayektoriya ilə hərəkət edirsə (düzgün xətlə, dairəvi, əyri-üyrü xətlə);
-
bir və ya iki əli ilə müxtəlif ölçülü topları hədəfə ata bilirsə;
-
ötürülmüş müxtəlif ölçülü topları bir və ya iki əli ilə tuta bilirsə;
-
tullanarkən müvazinətini saxlaya bilirsə;
-
hər hansı bir dayağın və ya əşyanın köməyi olmadan bir ayağı üstə durmaqla tarazlığını saxlaya bilirsə;
-
musiqinin müşayiəti ilə ritmik hərəkətləri yerinə yetirə bilirsə.
İstiqamət: fəal iştirak
İd.I.3. Şagird sağlamlığın qorunması və möhkəmləndirilməsi üçün mütləq mütəmadi fiziki fəallıqda iştirak edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
proqramla nəzərdə tutulmuş bütün növ fiziki fəallıqlarda iştirak edirsə (gimnastika, ağır atletika, rəqs, hərəkətli oyunlar və yarışlar);
-
müəllimin təlimatlarını yerinə yetirir, yeni hərəkətlərə diqqətlə yanaşır və onları mənimsəyirsə.
İd.I.4. Fiziki hazırlıqla məşğul olma əsasında şagirdin məqsəd qoymaq, insanlarla ünsiyyət, başqaların maraqlarını nəzərə almaq kimi həyati vacib qabiliyyət-vərdişləri aşkara çıxarmaq bacarığı var.
Nəticə göz önündədir, əgər şagird:
-
oyunun qaydalarına əməl edirsə;
-
qrupda oyununun qaydalarını dərk edir və onlara riayət edirsə;
-
Nəzakətlidir və başqalarının maraqlarını nəzərə almağa çalışırsa;
-
Başqa oyunçulara və idman avadanlıqlarına ehtiyatla yanaşmağa çalışırsa;
-
xüsusi diqqət tələb edən həmyaşıdlarına tolerantlıq münasibətini nümayiş etdirməyə çalışırsa.
II sinif
İdman
Standart
İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr
Sağlamlıq və təhlükəsizlik
|
Hərəkət və hərəki qabiliyyət və vərdişlər
|
Fəal iştirak
|
İdman.II.1. Şagird şəxsi gigiyena və təhlükəsizliyinin elementar qaydalarına riayət edə bilər.
|
İdman.II.2. Şagird fiziki fəallıqlarda iştirak etmək üçün zəruri hərəki qabiliyyət və vərdişlərini (yerdəyişmə - qaçmaq, alçaq hündürlükdən tullanmaq; manipulyasiya – atmaq, tutmaq, hədəfə atəş; tarazlığın saxlanması – düz xətt üzrə gəzmək, tək ayaq üstə dayanmaq) aşkara çıxarmalıdır
|
İdman.II.3. Şagird sağlamlığına müsbət təsir edən əsas fiziki fəallıqlarda iştirak edə bilər.
İdman.II.4. Fiziki fəallıqlarda məşğul olma əsasında şagirdin qarşısına məqsəd qoymaq, qərar qəbul etmək, insanlarla ünsiyyət kimi xüsusi qabiliyyət-vərdişlərini aşkara çıxarmaq bacarığı var.
|
İlin sonunda nail olunacaq nəticələr və onların indikatorları
İstiqamət: sağlamlıq və təhlükəsizlik
İd.II.1. Şagird şəxsi gigiyena və təhlükəsizliyinin elementar qaydalarına riayət edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
dişlərini müntəzəm olaraq təmizləyirsə və əllərini yuyursa;
-
bu və ya digər növ (şirin, yağlı, duzlu...) ərzaqların insanların sağlamlığındakı əhəmiyyətini təsvir edirsə;
-
əsas məişət texnikasından təhlükəsiz istifadə etmək qaydalarını təsvir edə bilirsə;
-
hansı növ nəqliyyatın ona lazım gəldiyini bilirsə;
-
küçədə gəzmək və nəqliyyatdan istifadə etmək qaydalarını təsvir etməyi bilirsə;
-
lazım gəldikdə telefonla valideynlərinə və yaxınlarına, patrul polisinə, yanğın söndürmə və təcili yardım xidmətlərinə telefonla zəng vura bilirsə;
-
təbii kataklizmlər zamanı (zəlzələ, torpaq sürüşməsi, qar uçqunu, daşqın) adekvat davranmağı bacarırsa;
-
evin, məktəbin, yaxın dostunun ünvanlarını və telefon nömrələrini sadalaya bilirsə.
Dostları ilə paylaş: |