Shirin xanim Sechmeler 4-cu ktab indd


AĞRISIN TARİXƏ SALAN ALBANYA



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə38/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   34   35   36   37   38   39   40   41   ...   282
AĞRISIN TARİXƏ SALAN ALBANYA 
Əsirlər içində yatır taleyin,
Göy yeddi qatına çatır taleyin,
Səni müsibətə atır taleyin,
Qəsiri, qalası talan Albanya,
Ağrısın tarixə salan Albanya.
Sən ki, Qafqaz adlı yerdə doğuldun,
Dinlər savaşında ahdan boğuldun,
Sanki Cavanşirlə qoşa nağıldın,
Varlığın olubdu yalan, Albanya,
Ağrısın tarixə salan Albanya.
Sənin «Əsli-Kərəm» dastanın haray,
Müsəlman Kərəmlə xaç Əslində vay,
Dur, yatmış bəxtinlə sal aləmə hay,
İstəkli ellərin nalan Albanya,
Ağrısın tarixə salan Albanya.
Qalx Dədəm Qorqudun naləsin oyat,
Sənə sitəm dolu dərd verdi həyat,
Şöklü Məliklərin bağrı etdi çat,
Gəlmə Haylar oldu balan Albanya,
Ağrısın tarixə salan Albanya.
Tarixin, əlifban yad ələ keçdi,
Sənin doğmaların şərdən qan içdi,
Təni haray çəkdi, dərdi can içdi,
Əzablar içində solan Albanya,
Ağrısın tarixə salan Albanya.
Kəlisan, inancın Hay tayfasında,
Həqiqət inləyir, şər səfasında,
Dünyanın nə qalıb haqq vəfasında?
Saçını ah-ufla yolan Albanya,
Ağrısın tarixə salan Albanya.


67
Сечмяляр (шеирляр)
İndi Qarabağın matəm içində,
Ordakı yerlilər sitəm içində,
Haylar soy-kökünü şərlə biçində,
Öz qara bəxiylə dolan Albanya,
Ağrısın tarixə salan Albanya.
Haylar torpağını Hayıstan etdi,
Terrorla, qırğınla yurdu qan etdi,
Uddu tarixini, mərama yetdi,
Qıpçağın, udinin balan, Albanya,
Ağrısın tarixə salan Albanya.
Səndə iyrmi altı el birləşirdi,
Əlli iki hərfli dil yerləşirdi,
Bəxtinə çarların sehri düşürdü,
Çökdü taxtı-tacın, qalan Albanya,
Ağrısın tarixə salan Albanya.
Biz uzaq düşdükcə keçmişimizdən,
Düşmən xəta yapdı hər işimizdən,
Bizim unutqanlıq vərdişimizdən…
Bu dərdlər olubdu bəlan Albanya,
Ağrısın tarixə salan Albanya.
Demirəm biz xaça qayıdaq indi,
Deyirəm, olmuşu oyadaq indi,
Deyirəm, haqq desin dil-dodaq indi,
Deyirəm, dur, yurdu dolan, Albanya,
Ağrısın tarixə salan Albanya.
Şadiman ah ilə bu dərdi yazar,
Çəkdiyin sitəmə eyləyər həzar,
Sənə dağ çəkənə yar olsun məzar,
Öz əsir laylasın çalan Albanya,
Ağrısın tarixə salan Albanya.
Ağrısın tarixə salan Albanya.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin