Shirin xanim Sechmeler 4-cu ktab indd


Ширин Ханым Кяримбяйли Шадиман MƏN BELƏ YAŞAYA



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə46/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   42   43   44   45   46   47   48   49   ...   282
78
Ширин Ханым Кяримбяйли Шадиман
MƏN BELƏ YAŞAYA 
 BİLMİRƏM, ALLAH
Canım bədənimdən çıxır, neyləyim?
Tənimə yağıtək baxır, neyləyim?
Üstümdən qəm seli axır, neyləyim?
Aləmi yandırıb-yaxır, neyləyim?
Bu yükü daşıya bilmirəm, Allah,
Mən belə yaşaya bilmirəm, Allah. 
Gözün gördüyünə göz gah-gah deyir,
Görürkən korluğun bir günah deyir,
Ağrını açılan hər sabah deyir,
Sinəm köz bağlayıb, könül ah deyir.
Yaramı qaşıya bilmirəm, Allah,
Mən belə yaşaya bilmirəm, Allah.
Can dərdə həvəskar, dövran naxələf,
İblis sinələr də haqqına xələf,
Edir ümidləri inamı tələf,
Lalə bitən yeri basır ot-ələf.
Nə deyim naşıya, bilmirəm, Allah?
Mən belə yaşaya bilmirəm, Allah. 
 
Sinəm haray çəkir, ağlım suçlanır,
Haqsız zamanədə ömrüm puçlanır,
Dərdim gillələnir, qəm ovuclanır,
Ağrımın cığırı aha uclanır,
Nə gələr qarşıya bilmirəm, Allah?
Mən belə yaşaya bilmirəm, Allah.
Buludlar toqquşdu, leysanam dedi,
Yerlərə, göylərə lisanam dedi,
Torpağın bağrına ehsanam dedi,
Əfsus ki, hər yetən, insanam dedi…
Bu adı daşıya bilmirəm, Allah,
Mən belə yaşaya bilmirəm, Allah.


79
Сечмяляр (шеирляр)
Bu dünya can yükü – çəkənlər qəmi,
Bağrını nalədən – sökənlər qəmi, 
Zülümün ayağna – çökənlər qəmi,
Bu yolda belini – bükənlər qəmi,
Daşmaya, daşa ya, bilmirəm, Allah? 
Mən belə yaşaya bilmirəm, Allah.
Ağlımız əsirdi ürək deyənə,
Hər an tərəzinin gözün əyənə,
Can dedik haqq, nahaqq başa döyənə,
Şərin əli keçib çoxdan yüyənə,
Aşmaya, aşa ya, bilmirəm, Allah? 
Mən belə yaşaya bilmirəm, Allah.
Şadiman, qəm qəlbə əzəldən qubar,
Könlün baharını etməyə nübar,
Harayım göy yırtıb, dil çalıb qabar,
Sinəmin məkanən təb edir anbar,
Coşmaya, coşa ya, bilmirəm, Allah? 
Mən belə yaşaya bilmirəm, Allah.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin