|
Ширин Ханым Кяримбяйли Шадиман
ÜRƏYİM AĞLAYIR
88
Ширин Ханым Кяримбяйли Шадиман
ÜRƏYİM AĞLAYIR
GÜNÜMƏ MƏNİM
Soyuq baxışlardan üşüyür canım,
Zamanım sızlayır ünümə mənim.
Halıma can deyir dəqiqəm, anım,
Ürəyim ağlayır günümə mənim.
Əsən payızımın mehri bilinmir,
Titrəyən bağrımın qəhri bilinmir,
Dərdim öz işində sehri bilinmir,
Ürəyim ağlayır günümə mənim.
Dünyaya vəfasız deyən insanlar,
Nə bir hala yanar, nə dili anlar,
Hara gedirəmsə dərd məni yanlar,
Ürəyim ağlayır günümə mənim.
Bu yazıq könlümə səhman bilmədim,
Kimsəni sinəmə mehman bilmədim,
Hər can yiyəsini rəhman bilmədim,
Ürəyim ağlayır günümə mənim.
Çıxıb Şadimanın tənindən canı,
Titrədir aləmi can həyacanı,
Buzladır könlümü ağlın üsyanı,
Ürəyim ağlayır günümə mənim.
13.10.2007
|
|
|