Shirin xanim Sechmeler 4-cu ktab indd



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə62/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   58   59   60   61   62   63   64   65   ...   282
15.07.1991 Tağay


98
Ширин Ханым Кяримбяйли Шадиман
HƏSRƏTİM 
Ürək qutarmaz zillətdən,
Bu bəladırmı xilqətdən?
Səndən çəkdiyim minnətdən,
De hara gedim, həsrətim?
Harda ömür edim, həsrətim?
Qəmindən köksüm talandı,
Yanında ölüm yalandı,
Məhəbbət oda qalandı,
Çəkdim min dağlar həsrətim,
Gözlərim ağlar həsrətim.
O uzun yolun azalmaz,
Ürək əlindən kam almaz,
Zülm sənə də heç qalmaz,
Bu köksü oyma, həsrətim,
Ağlar göz qoyma, həsrətim.
Yox dərya eşqin sahili,
Danışmaz, laldır pak dili,
Ovsunlayıbdır ay ili, 
Sən ona dəymə, həsrətim,
Qəddimi əymə, həsrətim.
Sevginin yolu keçilməz,
Eniş-yoxuşu seçilməz,
Qəmi, kədəri biçilməz,
Giribdir dona həsrətim.
Dərd verir ona həsrətim.
Necə əzabsan könlümə,
Don vuran sevda gülümə,
Soyuq yağışlar ələmə,
Fərəhim gələr, həsrətim,
Üzümə gülər həsrətim.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin