99
Сечмяляр (шеирляр)
DÜNYAYA GƏLMƏK YAMAN
Keçib-gedən illərin əzabıyla qovruldum,
Acı küləklər əsdi, ocağımda sovruldum,
Coşdu
tale selləri, çay daşıtək ovuldum,
Həyatın zülümü çox, üzüldüm, Tanrım, aman,
Dünyaya
gəlmək yaman, dünyadan getmək yaman.
İllər ömür yolumda bir qanadlı
quş oldu,
Ürək, ağıl çarpışdı, çox qanlı döyüş oldu,
Həyat-ölüm yolunda min bir anlayış oldu,
Kəsdi cığırlarımı gözəgörünməz duman,
Dünyaya gəlmək yaman, dünyadan getmək yaman.
İçi dolu qanlı kin, çox-çox gülər üz gördüm,
Ömrün hər dolayında min bir dərə, düz gördüm,
Çox quduzu, qatili pak ciliddə «düz» gördüm,
Görənlər
bunu bilir, fələyin çərxi həmən,
Dünyaya gəlmək yaman, dünyadan getmək yaman.
Ölənlərə nə var ki, ölüb borcun ödədi,
Qonubdu
çiynimizə sağ ikən ölüm dərdi,
Bu həyat bağçasından gedəndə kim nə dərdi?
Hər gün iradəmizi sınağa çəkir zaman,
Dünyaya gəlmək yaman, dünyadan getmək yaman.
Əldən gedən keçmişim gələcəklə davada,
Tükdən asılı
bəxtim doğulandan havada,
Dünən sənə can deyən bu gün özgə havada,
Əsəblərim tarımda, sanki köklənmiş kaman,
Dünyaya gəlmək yaman, dünyadan getmək yaman.
Şirin xanım, həyatın köhlənində çox çapdın,
Getdi
ömrünün çoxu, eyvah, özünü tapdın?
Acı-şirin taleyin yoluna ümid yapdın,
Bağırıma tuşlanan dərd – rəhm bilməz ox, kaman,
Dünyaya gəlmək yaman, dünyadan getmək yaman.
10.04.1992