102
Ширин
Ханым Кяримбяйли Шадиман
ALOV
Alov – sən öz yanğınla
soyuq ocaqlara atəş,
Evlərin
içində günəş,
Dünyanın köksündə çıraq,
Həyatın əlində yaraq.
***
Alov – Sənin odunda bəşər yaşar,
Əli qılınclı, şaxtalı-ayazlı
qış nağıllaşar,
Hamı sənin dərgahına əl açar,
Bütün fəsillərdə belə dalınca qaçar.
***
Alov –
soyuqda titrəyən
canlara istilik,
Baş əyməli tarixin insanlara istilik,
Od
istəyən ocaqlara,
Ömür adlı dayanacaqlara,
Körpəli sinələrə
sığınmış qucaqlara imdad,
Sənin sayəndə sobalar abad.
Bütün
bunlar yetərmi,
Dünya ilə birlikdə şirin xatirəmi?
Alov, bu sənin varlığının görünən üzü,
Ətəyindən yapışmış bu yer üzü!
***
Alov,
sənin görünməyən üzünsə,
könlümdə çatdığın ocaq.
Elə bu dünya,
elə o dünyada da
Ruhumun başı üstə duracaq alov.
Yaman yandırırsan ürəyimi,
Tükənib taqətim, kəsmisən kələyimi.
Yandırıb kül etdikcə məni diri-diri,
Gizlədərək
sirri aləmdən,
Yumşalmayaraq naləmdən
alov, alışırsan
kor olmuş istəklərimə qarışırsan.
103
Сечмяляр (шеирляр)
Önündə səcdədəyəm,
Budur son qayəm.
Beyinlərin havasından,
İnsanların qovğasından
Təkcə odu xilas yolun.
Yanıb təmizlən,
Odla əzizlən,
Burax qəlbimə atdığın tilovu,
Könlümün alovu…
Dostları ilə paylaş: