Shirin xanim Sechmeler 4-cu ktab indd



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə69/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   65   66   67   68   69   70   71   72   ...   282
 05.08.1985. Xəstəxana


106
Ширин Ханым Кяримбяйли Шадиман
HƏYAT HAQQINDA NƏĞMƏM 
 
 Həyat, ucadan-uca.
 Kim deyib sənə qoca?
 Bölündün toxa-aca,
 Suyun gah şirin-acı,
 Aqil başların tacı.
 Ölüm kəsəndə yolu,
 Yağanda ömrə dolu,
 Gücdən salarsan qolu,
 Düşərsən dildən-dilə,
 Qonarsan güldən-gülə.
 Bir ürəyin pak yazı, 
 Birinin sınıq sazı, 
 Ömrə rəngarəng yazı,
 Həyat taleyə açar,
 Hey bağdan-bağa uçar.
 Çox başlar çəkdi nələr,
 Ömrü ələklə ələr,
 Yolunda ürək mələr,
 Birinə bəxt gur işıq,
 Birinə qaşıq-qaşıq.
 Həyat, hardan od-ocaq? 
 Qəm-şadlıq qucaq-qucaq,
 Biri baş, biri bucaq,
 Həyat, dərindən-dərin,
 Qutarmaz dərdi-sərin.
 Yarıyanlara gözəl,
 Yarımazlara gözəl,
 Bizə yaxınsan əzəl,
 Suyundan içən çoxdur,
 Razı qalanı yoxdur.


107
Сечмяляр (шеирляр)
 Bol çəmənlərin qaynar,
 Başın de, nə vaxt aynar?
 Kim ki, yerindən oynar,
 Həyat, sən ona dərdsən,
 Sən ki, həmişə mərdsən.
 Qurubsan əcəb bardaş,
 Gəlib gedənə qardaş,
 Yolunda ağır bir daş,
 Götürənin çağlayır, 
 Götürməyən ağlayır. 
 Min sirlə dolu qəlbin,
 Vardır ilhamın, təbin,
 Dərdlərə dərman həbin,
 Kəşf olunmamış sirsən,
 Minə, milyona birsən.
 Həyat, möhlətin çoxdur,
 Sənin ki, gözün toxdur,
 Hayına qalan yoxdur,
 Sağalmaz dərdə dəva,
 Ay, su, pak torpaq, hava.
 Həyat – gülüstan, gülşən,
 Qəlbi ram edər nəş‘ən,
 Ovsunlamaqdır peşən,
 Ey min-min insan baxtı,
 Qurmusan uca taxtı.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin