104
Ширин Ханым Кяримбяйли Шадиман
MƏNƏM, MƏN
Gecə-gündüz pünhan-pünhan alışan,
Sinəsində fəğan,
fəryad mənəm, mən.
Cismi-canı haqq evinə qarışan,
Zamanından uman imdad mənəm, mən.
İçindəki ağrıları sovuşmaz,
Ürəyi
də hər ürəyə yovuşmaz,
Qərib düşmüş diləklərə qovuşmaz,
Gecə-gündüz eyləyən dad mənəm, mən.
Nalələri
zilə qalxan kamanam,
Arzuları tükənməyən ümmanam,
Endirməyin, dağ başında dumanam,
Can dediyim canıma yad mənəm, mən.
Bitişməyir
sinəmdəki yaralar,
Zaman qəlbi üstbəüstdən yaralar,
Sevgim, eşqim cılızlıqdan saralar,
Eşqə sadiq, könlü abad mənəm, mən.
İstəkləri dəryaları tutmayan,
Duyğuları
gecə-gündüz yatmayan,
Neçə-neçə amallara çatmayan,
Bəxti dönük, qəlbi bərbad mənəm, mən.
Ey
Şadiman anlamaq da bir dərddi,
Ömür gedir, xəstə ürək namərddi,
Hər əzaba dözənlər nə cömərddi,
Dili bağlı,
dərdi azad mənəm, mən.
21.08.1989