Shirin xanim Sechmeler 4-cu ktab indd



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə67/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   63   64   65   66   67   68   69   70   ...   282
 11.02.1994
DARIXIRAM 
Yalqızlıq könlü parçaladı 
 
 
tikə-tikə,
İqtidarım qalmadı 
 
 
həsrətin yükünü çəkə,
Ürəklə ağıl arasında hər gün mərəkə,
Nə ağıla əyildim,
 
 
nə də ürəyə.
İsmarladı taleyimi fələyə,
Dedim, bir gün tilsimi sındırıb gələrsən,
Könlümüzü talan edən
 
 
həsrəti yerindəcə güllələrsən.
Nə sən gəldin, nə də
 
 
həsrət güllələndi...
Kimsəsiz taleyimə hər gün qəm ələndi.
O gündən yollara baxıram,
Təkcə sənin üçün darıxıram,
 
 
Darıxıram.
 26.08.1992 


104
Ширин Ханым Кяримбяйли Шадиман
MƏNƏM, MƏN 
Gecə-gündüz pünhan-pünhan alışan, 
Sinəsində fəğan, fəryad mənəm, mən.
Cismi-canı haqq evinə qarışan,
Zamanından uman imdad mənəm, mən.
İçindəki ağrıları sovuşmaz,
Ürəyi də hər ürəyə yovuşmaz,
Qərib düşmüş diləklərə qovuşmaz,
Gecə-gündüz eyləyən dad mənəm, mən.
Nalələri zilə qalxan kamanam,
Arzuları tükənməyən ümmanam,
Endirməyin, dağ başında dumanam,
Can dediyim canıma yad mənəm, mən.
Bitişməyir sinəmdəki yaralar,
Zaman qəlbi üstbəüstdən yaralar,
Sevgim, eşqim cılızlıqdan saralar,
Eşqə sadiq, könlü abad mənəm, mən.
İstəkləri dəryaları tutmayan,
Duyğuları gecə-gündüz yatmayan,
Neçə-neçə amallara çatmayan,
Bəxti dönük, qəlbi bərbad mənəm, mən.
Ey Şadiman anlamaq da bir dərddi,
Ömür gedir, xəstə ürək namərddi,
Hər əzaba dözənlər nə cömərddi,
Dili bağlı, dərdi azad mənəm, mən. 
 21.08.1989



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin