3
Сечмяляр (шеирляр)
MÜƏLLİF HAQQINDA
Şirinxanım Ağabala qızı Kərimbəyli (ədəbi təxəllüsü
ŞADİMAN) 2 sentyabr 1955-ci ildə Siyazən (keçmiş Dəvəçi,
indiki Şabran) bölgəsinin Tağay kəndində anadan olub. Do-
ğulduğu kənddə səkkizillik məktəbi, sonra Siyəzən şəhər
2 saylı orta məktəbi bitirib. 1973-75-ci illərdə Yenikənd
üzümçülük sovxozunda fəhlə,1975-76-ci illərdə Volodars-
ki adına tikiş fabrikında tikişçi işləyib.1977-ci il-də ADU-
nun (indiki BDU) hazırlıq şöbəsində dinləyiçi, 1978-83-cu
illərdə Kitabxanaçılıq (indiki informatika fakul- təsinin)
əyani şöbəsini bitirib. 1992-ci ildə Azərbaycan jurnalist
Sənətkarlığı İnstitutun məzunu olub. 1984-cu ildə Dəvəçi
rayonun (indiki Şabran), hal-hazırda Siyəzən rayonun inzi-
batı ərazisi sayılan Gilgilçay qəsəbəsində kitabxana müdiri
vəzifəsində çalışıb. 1985-2007-ci illərdə ADNŞ-nın Mədən-
geofizik idarəsinin «Neft Daşları» geofizik ekspedisiyasında
cizgiçi, texnik, mühəndis peşələrində çalışıb. 2007-ci ildən
həmin idarədən əmək təqaüdünə çıxıb. Əmək fəaliyyəti
ilə bərabər bədii yaradıcılığını davam etdirib. Dövrü
mətbuatın mətbu orqanları olan «Neft Daşları», «Ədalət»,
«Çənlibel», «Azərbaycan müəllimi», «Bütöv Azərbaycan»,
«Kredo», «Mütərcim», «Məhsəti» və sair qəzet-jurnallarda
çapolunub. «Məcməüs-şüəra» (Şairlər məclisi), «Füzuli»
ədəbi məclislərin üzvü olub. AYB-nın və CASCFEN(Orta
Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi)nin üzvüdür.
Hal-hazırda ədəbi fəaliyyətlə məşğuldur. «Modern.az»,
«Yalquzaq. com», «Davam.az» «Lit.parad», «Dayaq.az» və
sair internet portallarla yaradıcılıq əlaqələri saxlayır. «Azp-
ressin» və «Kredo» qəzetinin əməkdaşıdır. Şəxsi saytı aktiv
faliyyətdədir.