Shirin xanim Sechmeler 4-cu ktab indd



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə6/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   2   3   4   5   6   7   8   9   ...   282
 21.10.1991
  


9
Сечмяляр (шеирляр)
 ƏBƏDİ DEYİLSƏN 
Əbədi deyilsən dünyada, bəşər,
Bədənin torpağın altda yerləşər,
Bəs sən nə görmüsən qanda, savaşda?
İblis əsir edib əqlini başda,
Hey rəvac verirsən siyasətlərə,
Hey rövnəq verirsən bəd niyyətlərə.
Yerdə artırdıqca bu savaşları,
Çoxaltdın gözlərdə qanlı yaşları.
Öldü davalarda min-min körpələr,
Yarandı cismindən şəhid təpələr.
Bu acı sitəmdən daşlar ağladı,
Göydə qanad açan quşlar ağladı.
Toplar gurladıqca, öldü heyvanat,
Əlinlə ölümə gedir bu həyat.
Yanır meşə, cığır, otlar sitəmdən,
Fələk də göz yaşı tökür matəmdən.
Nə vaxt sülh olacaq bu Yer üzündə?
Allahın şəfəqi yoxmu gözündə?
Elə qan, qan deyib cövlan edirsən,
İçində şeytanla dövran edirsən.
Əbədi deyilsən dünyada, bəşər,
Bəs niyə əqlini alıb ələ şər?
Tutaq ki, yaşadın cahanda yüz il,
Sonda torpaq altda qalacaqsan bil.
Gətir son saatı, son anı gözə,
Fəlakət bəxş etmə gecə-gündüzə.
Qanlar içindədir ana təbiət,
Bu gülə, çiçəyə, eşqə xəyanət!
Məzara gömüldür məhəbbətini,
İblisə bağlayır səadətini.
Siyasət qurbanı olandan bəri,
Şeytanı eylədin könlünün əri.
Hiylələr içində çırpınan bəşər,
Nə vaxt Tanrı nuru qəlbinə düşər?!
Satmısan ruhunu sərvətə, vara,
Odur ki, bədənin, canın avara.


10
Ширин Ханым Кяримбяйли Шадиман
Öldürüb, qırırsan həmcinisini,
Törətdin cahanda sən haqq həbsini
Allah hüzurunda nədir dəyərin?
Onsuz da axırda məzardır yerin.
Nədir yaratdığın bu top, tüfənglər?
Min illər etdiyin savaşlar, cənglər?
Qəbirlər içində yatanlar bizik,
Tanrı barmağında bəşər bir üzük.
İstədiyi zaman çıxarıb atar,
Bədənin darıtək torpağa çatar.
Bizimlə basdırar savaşımızı,
Boğar torpaq altda göz yaşımızı!
Min illər, «kim güclü?», davası gedir,
Millətlər, tayfalar bir-birin didir.
Allahın gözündə biz ki, zərrəyik,
Dəryalar üstündə gəzən bərəyik.
Adi bir tufanla məhv edər bizi,
Batırar sulara bu kürrəmizi.
Ey bəşər, tökdüyün o qanlar, yetər,
Demə ki, etdiyin günahlar ötər.
Allah hüzurunda imtahanın var,
Hansı səvabların günahı yuvar?
Qanlara batırma ibadətini,
İblisə tapşırma səadətini...
Qıyma körpələrin axan qanına,
Yükləmə günahı böylə canına.
Lənətin qadası səndən böyükdür,
Varlığın, Tanrının əlində tükdür.
İstədiyi zaman qırıb atacaq,
Cəsədin torpaqlar altda yatacaq!
Dünən qurduğunu bu gün yıxırsan,
Öz axırına ki, özün çıxırsan.
İçdə mürgüləyən vicdanı səslə,
Allaha həqiqi sevgilər bəslə.
Özünü kəşf edə bilməyincə sən,
Çəkilməz içini bürüyən o çən.
Sən həmcinisinə güllə atdıqca,


11
Сечмяляр (шеирляр)
Əllərin bu qədər qana batdıqca,
Üzün gülməyəcək dünyada heç vaxt,
Ayaqlar altında inləyəcək baxt.
Allahın qəzəbi tutacaq bizi,
Qırıb qutarırıq bir-birimizi.
Bizim heyvanlardan fərqimiz nədir?
Onlar da bizimtək bir-birin didir.
Fəqət, qarın üstə savaşır heyvan,
Tutar öz yeminə bir acı divan.
Bizim savaşımız bəs nədir görən?
Ey bəşər övladı, ey ər, ey ərən.
İçdə mürgüləyən vicdanı qaldır,
O iç iblisinin üstünə saldır.
De ki, qoy tanıyaq Allahımızı,
Qana batırmayaq sabahımızı.
Dil tapa bilsəydik dünyada əgər,
Nemətlər bizimki deyilmi məgər?!
Bu qədər qanlara mübtəla bəşər,
Alandan əqlini, idrakını şər,
Sən ayrı düşmüsən öz vicdanından,
Şeytan qopmayacaq heç vaxt canından.
Bu sərvət, bu torpaq, bu var savaşı,
Dəli eyləyibdi düşünən başı,
Ey bəşər, düşdüyün bu yoldan qayıt!
Ruhunu, əqlini, beynini ayılt.
Can almaq o uca Allahın işi,
Sənə tapşırmayıb o bu vərdişi.
Həvvanın, Adəmin ruhu qan ağlar...
Doğduğun, əkdiyin bir gün ayaqlar.
Vicdana həsr eylə ibadətini,
Axtar vicdanında səadətini.
Vicdanın gözüylə baxsan cahana,
Onda son qoyular tökülən qana.
Bir kiçik daşın da burnu qanamaz,
Böyük, uca Tanrı bizi qınamaz.
Gülər taleyində həyat bəşərin,
Evi məzarlıqlar olar o şərin!


12
Ширин Ханым Кяримбяйли Шадиман
Tanrıya yetişər ibadətimiz,
Pak olar yolunda itaətimiz!...
Hər dilin duası yerinə düşər,
Dinlərdən ucada Allahdı, bəşər!...

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin