Shirin xanim Sechmeler 4-cu ktab indd



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə282/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   274   275   276   277   278   279   280   281   282
 04.05.2000
 


344
Ширин Ханым Кяримбяйли Шадиман
ANA LEYLƏYİN HEKAYƏSİ
 
 (olmuş əhvalat)
Deyirlər ki, bir kənddə,
Tək çinarlı həyətdə,
Qoca və qarı vardı.
Onlar erkən durardı,
Qarı təndir qalardı,
İsti çörək salardı.
Bir yamyaşıl baharda,
Dopdolu bir naharda,
Qondu çinara leylək,
Könlündə varmış dilək,
Çinarın lap başında,
Budaqların qaşında,
Gözəl bir yuva tikdi,
Yuvaya saman tökdü.
Sonra üç yumurtanın,
Örtdü çör-çöplə yanın.
Qanadın gərib yatdı,
Arzuya, kama çatdı.
Az keçmədi üç bala,
Oldu leyləyə qala.
Ata leylək gələrdi,
Yeməyi tən bölərdi.
Balalarla oynaşar,
Sevincdən aşar, daşar,
Sonra uçub gedərdi,
Onları şad edərdi.
Ana leylək onları, 
Bapbalaca canları,
Yedirib, içirərdi,
Qanadın keçirərdi,
Yuvanın dörd yanına,
Od dolardı canına.
Leylək qanad açanda,
Yem dalınca uçanda,


345
Сечмяляр (шеирляр)
Günəş göydən baxırdı,
Sinəyə od yaxırdı.
Çinar təndirə yaxın,
Yarpaqlar axın-axın,
Təndirə meh səpirdi,
Üz-gözündən öpürdü.
Qarı inəyi sağdı,
Sonra çır-çıpı yığdı,
Təndiri alışdırdı,
Maşayla qarışdırdı.
Ana leylək uzaqdan,
Lap kəndə yaxın dağdan,
Gördü çinarın üstü,
Gah alov, gah da tüstü.
Qanad açdı yel təki,
Dağdan aşan sel təki,
Gəlib özün yetirdi,
Tamam ağlın itirdi,
Təndirə atdı özün,
Yandırdı üzün, gözün.
Qarı lap çaş-baş oldu,
Buludlar təki doldu.
Qışqırıb haray saldı,
Əlin təndirə saldı.
Yanan leyləyi tutdu,
Təndirdən çölə atdı.
Leylək isə nə vaxtdan, 
Köçmüşdü bu həyatdan!
Partlamışdı ürəyi,
Puç olmuşdu diləyi.
Leylək elə zənn edib,
Balalar əldən gedib.
Körpələri yanıbdı,
Həyatı dayanıbdı.
Uşaqlar üçün ana,
Ürəyi yana-yana,
Ömrə dedi, əlvida!


346
Ширин Ханым Кяримбяйли Шадиман
Həyatı etdi fəda.
Balalarsa yatmışdı,
Yuxuya bal qatmışdı,
Bir azdan ata leylək,
Qorxu içində, ürkək,
Uçdu gəldi uzaqdan,
Qondu çinara bir an.
Hüzünlə baxdı, baxdı,
Gözlərindən yaş axdı...
Balaları nazladı,
Neçə gün pərvazladı. 
Ata leylək onları,
Bu biçarə canları,
Böyüdərək uçurtdu,
Ata haqqını tutdu!
Bu həyətdən qaçırtdı,
Yuvanı sökdü leylək,
Uçdu, sanki bir mələk.
Ananın haqqı təki,
Yoxdur ən ağır çəki.
Ondan qurtulmaq çətin,
Ömrü - bəşəriyyətin!..
 12.04.2000
 YERLƏ GÖY ƏFSANƏSİ
Çox-çox, min illər qabaq,
Göy gözəl qız, ayqabaq,
Yer döyüşkən, hünərvər,
Ən məğrur, ən igid ər,
Sevdilər bir-birini,
O pak könül sirrini,
İnis-cinis bilməzdi,
Bir kimsə sevilməzdi.
O vaxt nə bir dam vardı,
Nə də bir adam vardı.
Yer göyə aşiq idi,
Göy yerə işıq idi.


347
Сечмяляр (шеирляр)
Nə savaş, nə qan, qada,
Heç bilmirdi dünya da!
Məhəbbətin şövqünə,
O şahanə eşqinə,
Göy üzünü bəzədi,
Mələklərə bənzədi.
Könlü bir mələr quzu,
Şan-şan düzdü ulduzu.
Göy alışan bağrına,
Qoymadı eşqi sına.
Saçları zülmət gecə,
Yeri ram etdi necə?
İncə belə ay kəmər,
Nurmuş zülmətə qəmər.
Gündüz göyün ağ bəxti,
Göy ilahi xoşbəxti,
Ağ buludlar örpəyi,
Şehli səhər ipəyi.
Külək könül sevdası,
Bə`zən hicrana asi,
Elə güclü əsərdi,
Göy Yerə tələsərdi.
Sinədə elə atəş,
Onun da adı Günəş.
Göy Yeri qızdırardı,
Hicranı azdırardı.
Yer də öz növbəsində,
O ilıq nəfəsində,
Göy qızı ovudardı,
Ayrılığı udardı.
Yer Göyün pak eşqiylə,
O şahanə zövqüylə,
Dörd fəsillə bəzəndi,
Hey daranıb düzəndi.
Dağlar kürəyi oldu,
Sellər ürəyi oldu.
Soyuq, qarlı qış çağı,
Göyün ayrılıq dağı,
Bahar eşqi, vüs`əti,


348
Ширин Ханым Кяримбяйли Шадиман
Göy qızla səadəti,
Yay alışan bağrımış,
Payız acı-ağrımış.
Beləcə məşuq, aşiq,
Verdi dünyaya işıq,
Göyün həsrətli vaxtı,
Ağlardı qara baxtı.
Gözləri buludlardı,
Yanan könlü udlardı,
Bəbəkdəki göz yaşı,
Olardı Göy yağışı.
Sürünüb dizin-dizin,
İsladardı Yer üzün.
Yer ağlayan Göy qızı,
Ürəyi aza-aza...
Dumandan don biçərdi,
Bağırı qan içərdi.
Bə`zən elə olardı,
Göy həsrətli qalardı.
Bu həsrətin atəşi,
Batırardı günəşi,
Gözündən od çıxardı,
Yandırardı, yaxardı.
Bu od qəzəbli şimşək,
Sinəsi təbli şimşək, 
Yerə işıq saçardı,
Başı üstə uçardı.
Yer də Göyün sevdasın,
O qəmzəli ədasın,
Duyaraq anlayardı,
Özünü danlayardı.
Sonra Göyün üzündə,
O atəşli gözündə,
Buludlar toqquşardı,
Gurşad aşıb-daşardı.
Yer də Göy kəmalının,
O mələk cəmalının,
Həsrətiylə yanardı,
Ürəyi dayanardı.


349
Сечмяляр (шеирляр)
Titrərdi Yerin bağrı,
Qopardı acı, ağrı
Göyə bülənd olardı,
Saralardı, solardı.
Bu titrəyiş, zəlzələ,
Alardı Göyü ələ,
Göylə Yeri Yaradan, 
Verdi onlara pak can.
Aşiq, məşuq ucaltdı,
Göy bağrına nur qatdı,
Yerdə həyat yaratdı.
Rəbb hökmüylə sevənlər,
Qəlbdə dumanlar, çənlər,
Min illərdi beləcə,
Həm gündüz, həm də gecə
Bir-birini haraylar,
Ötdükcə illər, aylar.
Dolub, boşalan dünya,
Yer, Göyə qalan dünya,
Göylə Yerə əsirdi,
Bu eşq uca qəsirdi.
Onların məhəbbəti,
Həm aşikar, xəlbəti,
Dünyamıza bir sirdi,
Eşqilərində birdi.
Sevgi aşıb daşarsa, 
Göy Yerə qovuşarsa,
Bəşərin odu sönər,
Dünyanın çərxi dönər.
Ona görə İlahi,
Düşünərək sabahi,
Göylə Yerə səd qoyub,
Arada sərhəd qoyub.
Salıb qəlbləri heydən,
Ayırıb Yeri Göydən.
Bəşər üçün əbədi
Bu eşq həyat mə`bədi!
 13-14.04.2001


350
Ширин Ханым Кяримбяйли Шадиман
Müəllifin çapdan çıxmış kitabları:
1.  «Ürək  niyə  ağrıyırsan?»,  (Şeirlər),  Bakı-1991, 
«Azərnəşr», 56 səhifə, sayı 3000.
2.  «Çəkənə  qəm  dünya,  çəkməyənə  dəm  dünya», 
(Şeirlər, 
  poemalar,  pyeslər),  Bakı-2000,  AEK  «Marfa  press» 
nəşr., 400 səhifə, sayı 1000.
3.  «Kiminə  acı  dünya,  kiminin  tacı  dünya»,  (Şeirlər, 
poemalar,  pyeslər),  Bakı-2002,  «Nurlan»,  nəşr.,  566 
səhifə, sayı 500.
4. «Ağıla bəhər dünya, ürəyə qəhər dünya» (Şeirlər, 
poema), Bakı -2007, «Nurlan» nəşr., 742 səhifə, sayı 500. 
5. «Seçmələr» (1 cild), Bakı-2008, «Nurlan» nəşr., 292 
səhifə, sayı 1200.
6. «Məni illərdən soruşun» (Publisist düşüncə), Bakı-
2008, «MBM» 95 səhifə, sayı 300.
7.  «Dünya  mənə  tanış  gəlir»  adı  ilə  «Ürək  niyə 
ağrıyırsan?»  və  «Çəkənə  qəm  dünya,  çəkməyənə  dəm 
dünya»  kitablarının  birlikdə  təkrar  nəşri,  Bakı-2009, 
«Nurlan» nəşr., 522 səhifə, sayı1000.
8.  «Tağayım»,  poema,  Bakı-2010,  «Adiloğlu»  nəşr., 
səhifə 56, sayı 500.
9.  «Ay  adamlar,  mən  burdayam»,  «Adiloğlu»  nəş. 
Bakı-2012 səhifə 454, sayı 500.
10. «Seçmələr», 2-ci cild, Bakı-2012, «Adiloğlu» nəş., 
səhifə 326, sayı 1200.
11.  «Ötənlərdən  gələn  səslər»,  «  Qanun»  nəş.  Bakı 
2013, səhifə 632, sayı 500.
12.  «Ötənlərdən  gələn  səslər»,  2-ciild,  «Qanun 
nəşrşr.», Baki 2014, səhifə 480, sayı 500.
13.  .  «Seçmələr»,  3-ci  cild,  Bakı-2015,  «  Qanun» 
nəşriyatı. səhifə 438, sayı 1000


351
Сечмяляр (шеирляр)
Müəllif və əsərləri haqqında çap olunmuş kitablar:
1. «Adı Şadiman olanın», Əli Rza Xələfli, Bakı-2009, 
 «Təknur» nəş., səhifə 256, sayı 1000.
2.  «Axtala  əfsanəsi»,  Əli  Rza  Xələfli,  Bakı-2010, 
«Adiloğlu» nəşr., səhifə 144, sayı 500.
3. «Üç rəngli bayrağa bürünmüş şairə» Nəzirməmməd 
 Zöhrablı, Bakı-2010, «Adiloğlu» nəşr., 148 səhifə, 
 sayı 500.
4. «Qırmızı həqiqətlər», Əli Rza Xələfli, Bakı-2011, 
 «Adiloğlu» nəşr., səhifə 130, sayı 500.
 


352
Ширин Ханым Кяримбяйли Шадиман
MÜNDƏRİCAT
Müəllif haqqında .......................................................... 3
Niyə şairləri yaratdın Allah? .......................................... 5
Qadın duası .................................................................. 6
Xudaya, alışıb yandı ürəyim .......................................... 8
Əbədi deyilsən .............................................................. 9
Qoru, Allahım ............................................................. 12
İllahi, dünyanı qoru ..................................................... 13
Qalib ola bilməz .......................................................... 14
İki qapı ........................................................................ 15
Zirvələrdə olan tanrı ................................................... 16
Ey xuda ....................................................................... 17
Əncam et .................................................................... 18
Şükür sənə, Allahım .................................................... 20
Mən İlahi təşnəsiyəm ................................................. 21
Məshəb acısından qop, ay müsəlman ........................ 22
Hanı dünya ................................................................. 24
Dərdindən ölən kim .................................................... 24
Tamaşa dünya ............................................................. 26
Şad etdin kimi dünya?  ............................................... 28
Min bir növdə imiş insanlar demə .............................. 29
Bu dünya nə sənə, nə mənə qalmaz ........................... 30
Dağıtmayın, amandır .................................................. 32
Batabatda ................................................................... 33
Atomsuz, nüvəsiz dünya olaydı ................................... 34
Ölməkdən də ağır yaşamaq imiş ................................. 34
Nə oldu?  .................................................................... 36
Adamın sözünü göyərdərlər ....................................... 38
Bu dünya mənimdi ..................................................... 39
Olimpiya ..................................................................... 40
Mən də varam .......................................................... 42*
Toxunma torpağıma .................................................... 43
Vətəndi ....................................................................... 46
Bu yurdun eli hanı ...................................................... 47
Ana dilim .................................................................... 48
Neft daşlarında gecə ................................................... 50
Polad körpülər ............................................................ 52


353
Сечмяляр (шеирляр)
Gözəl vətən ................................................................. 55
Quba mazarlığı ........................................................... 56
Qalıb çadırlarda .......................................................... 58
Urmu gölü ağısı........................................................... 60
Türkün bayrağı ............................................................ 62
Əsli-soyu tamam danan .............................................. 64
Heç olmadı bir xoş günümüz ...................................... 65
Ağrısın tarixə salan Albanya ........................................ 66
Pulum ey, pulum ......................................................... 68
Balıq baha, daha əti yemirəm ..................................... 70
Erməni gülləsi batmadı sənə ...................................... 72
Bənzər ...................................................................... 74*
Səni ucalıqdan düşürməyəydilər ................................ 75
Kimə nə?  .................................................................... 76
Yıxdı könül mülkünü hicran dolu əndişə ..................... 77
Mən belə yaşaya bilmirəm, Allah ............................... 78
Zəhər var altında yağlı dillərin .................................... 80
Məni bu talelə tək buraxmayın ................................... 82
Pislik günahdan gəlir................................................... 83
Qopdu ürəyimdə payız küləyi ..................................... 83
Yaxşı adamları gəlin qoruyaq ...................................... 84
Düzlüyü axtarıram ...................................................... 85
Ey səadət quşu harda qalmısan?  ............................... 86
Ey mənim ruhuma can olan, fələk .............................. 87
Ürəyim ağlayır günümə mənim .................................. 88
Kim deyir heç nəyi aparmır insan ............................... 89
Dərdimi çəkirəm dərmanə sarı ................................... 89
Qapıma düşmürsən möhlət açarı ............................... 90
Dərdimi çəkirəm dərmanə sarı ................................... 91
Təkliyim mənim .......................................................... 91
Səadətim .................................................................... 92
Bəxtim səni çox gözlədim ........................................... 94
Qadınlar ...................................................................... 95
Kim yetişər sorağıma .................................................. 96
Möhtacam .................................................................. 97
Həsrətim ..................................................................... 98
Dünyaya gəlmek yaman .............................................. 99
Niyə vaxtsız ağarırsan saçlarım?  .............................. 100


354
Ширин Ханым Кяримбяйли Шадиман
Səndən ötrü .............................................................. 101
Alov .......................................................................... 102
Darıxıram .................................................................. 103
Mənəm mən ............................................................  104
Payızlarım belə başlar ............................................... 105
Həyat haqqında nəğməm ......................................... 106
Həzn laylaların .......................................................... 108
Əlim çatmır ............................................................... 109
Yarpaq kimi illərim .................................................... 110
Həsrət yağışı ............................................................. 111
Bir ananın hekayəti ................................................... 112
Niyə gəldim mən?  .................................................... 115
Mən harda gizləyim iztirabımı?  ............................... 116
Kişilər ........................................................................ 116
Dünyanın vəfası paradan keçir .................................. 118
Acılar ........................................................................ 118
Edilən yaxşılıq qayıtmır geri ...................................... 119
Keçmişdə qalan günlərim ......................................... 119
Bu görüş bir vida görüşü idi ...................................... 120
Bildik bu əbədi gedişdi, ana ...................................... 120
Ey ruhumun canı anam ............................................. 122
Ana, haqqını həlal et................................................. 122
Atalı-analı günlər əlvida ............................................ 124
Olar ......................................................................... 126*
Kimsə ürəyimə toxunmayaydı .................................. 127
Tapmaz aram ............................................................ 128
Nədən sızlayırsan divanə bülbül?  ............................ 130
Yenə könlüm quşu cövlan eləyir ............................... 131
Bəs etməz ................................................................. 132
Könül ahdan çəkər haray .......................................... 133
Od- atəş sığmayır ...................................................... 134
Yenə ruhum qanadlanır uçmağa ............................... 134
Payız axşamı.............................................................. 135
Bu gecə yuxum qaçıb ................................................ 136
İlhamla addımlar qoşa ürəyim .................................. 137
Mən səndən ötrü ...................................................... 138
Ananın ruhundan gəlibdi heca ................................. 138
Mən necə yaşayım .................................................... 140


355
Сечмяляр (шеирляр)
Gecələrin sükutunu çox sevirəm .............................. 141
Heca .......................................................................... 142
Mənə bir imkan verin ............................................... 143
Gecənin yarısı ........................................................... 144
Dilə gəlir ................................................................... 145
Naləsilə göz açıb ....................................................... 146
Ocağıyla yandıran ..................................................... 147
Sevgi duyğuları ....................................................... 148*
Gözbəbəyim ............................................................. 149
Kaş olmayaydı ........................................................... 150
Bu bəlalı başıma ....................................................... 151
Sən oldun.................................................................. 153
Hicran ağrısı .............................................................. 154
Olmasın .................................................................... 155
Qırma ümidimi ......................................................... 156
O baxışlar .................................................................. 157
Səninlə ...................................................................... 158
Səni ........................................................................... 158
Məni bağışla ............................................................. 159
Demə ........................................................................ 160
Gəl ............................................................................ 160
Keçilməz ................................................................... 161
Bəs eylər ................................................................... 162
Nə deyərsən ............................................................. 162
Sönər ........................................................................ 163
Tək sənə qovuşmağa ................................................ 164
Nə var ....................................................................... 164
Gəlmisən mənə ........................................................ 165
Sənsizlədim ............................................................... 166
Dəniz yarım ............................................................... 166
Uzaq düşəndə ........................................................... 167
Qurban özüm ............................................................ 168
Vəfası yoxdur ............................................................ 169
Şah olub sazaq .......................................................... 170
Gizlicə ....................................................................... 170
Gözü bulamasın kədər yaşları ................................... 171
Hicran nəğməsi ......................................................... 171
Mənə əmanət ver ..................................................... 172


356
Ширин Ханым Кяримбяйли Шадиман
Könlümün dilin bilib ................................................. 173
Sənə nə deyim .......................................................... 174
Nalan olan ürəyi ....................................................... 175
Həsrət mənimdi ........................................................ 176
Həyatım var .............................................................. 176
Sən oldun.................................................................. 177
Gəlmə bu yerə .......................................................... 178
Gəl əzizim ................................................................. 179
Gizlətmişəm gözümdə .............................................. 180
Gözlər ....................................................................... 180
Səni unutmaq çətin .................................................. 181
Tələsirəm .................................................................. 182
Gözlərim də itirdi ...................................................... 182
Könül verdim ............................................................ 183
Sən olmayanda ......................................................... 184
Nə sızlayırsan kəman kimi ........................................ 185
Sən çıxaydın qarşıma ................................................ 186
Gəl, qəlbimdəki buzları əritmək üçün ...................... 186
Sənin çırağının piltəsiyəm mən ................................. 187
Bu dünyaya eşqin dəyər ........................................... 188
Gəlmədin, gəlmə daha ............................................. 188
Gözlərimin yuxuları çəkilər ....................................... 189
Bağda çiçək əkmişəm ............................................... 190
Qaya dibində yer var................................................. 191
Qonşuda bir oğlan var .............................................. 192
Daha sözüm yoxdur .................................................. 193
Yaşayıram mən ......................................................... 194
Mənim rahatlıqım ..................................................... 194
Qapı üzə açıqdı ......................................................... 195
Bir vüsalın eşqiylə ..................................................... 196
Həyatımız qaynayırdı ................................................ 196
Gözləmə məni .......................................................... 197
Toxundum könlümə .................................................. 198
Gümanım yox, neyliyim?  ......................................... 198
Sevgi atəşi ................................................................. 199
Sən elə bilirdin öləcəm sənsiz ................................... 200
Bağçamızda iki lalə bitibdi ........................................ 201
Sənə diləkçə yazıram ................................................ 202


357
Сечмяляр (шеирляр)
Səni sevməmek olarmı? ........................................... 203
Bir nağıl danış ........................................................... 204
Mən canımdan keçərəm əhd ilə ilqarım üçün ........ 205*
Səni çox sevdiyimi dildə bəyan eyləmişəm ............... 205
Bülbülü satdı gül, eyvah, təzədən xarə yenə ............ 206
Yanıram hər gecə o zülfü pərişan üçün ..................... 206
Yarı candan sevən aşiq üzülüb candan olar .............. 207
Bağlayıb eşqə könül əhdə vəfa eyləmişəm ............... 207
Ya İlahi, ürəyim qüssədən al qan oldu ...................... 208
Yenə könlüm quşu qan ağladı bülbül sayağı ............. 208
Yenə qan ağlayacaq möhnəti-hicranda könül ........... 209
Yenə könlüm quşu cövlan eləyir yarə tərəf ............... 209
Can edir cana bəla, canuva nə can yaraşır ................ 210
Hər kəsin sevdiyinə eşqidə hicran olsun ................... 210
Ey könül, şövqə gəlib canıma peyman istədün ......... 211
Fələyin mehrinə bax, hər anda min qan eləyir ......... 211
Hər kəsin qismətinə dəhrdə bir can yaraşır .............. 212
Bas qədəmin könlümə ey ruhsari canım mənim ...... 212
Gedərəm hər gecəni yuxuda Allaha tərəf ................. 213
Gülür üzdə vüqarım sevgili dildar eşqinə .................. 214
Nə sən çıxdın qəlb evindən, nə mən 
ruhu abad oldum ...................................................... 214
Ağladıb güldürərəm mən səni yar canım üçün ......... 215
Dərdim şığıyıb ah ilə aləmləri gəzdi .......................... 216
Gözümü yolda qoyan yari-vəfadar gələsən .............. 216
Məni Leyli eləyən yarıma deyin gəlsin ...................... 217
Alıb candan ürəyi aparır ərşə bu dilək ...................... 218
Xiffətin yandıracaqdır ürəyi, sən bilirsən .................. 218
Könlüm dildən incik düşüb, ürək bilir, can bilməyir ....219
Əsəb düşdüm gəlb içinə ordan 
getmək nə müşkülmüş ............................................. 219
Bir dəm zamanım getməyir hicranına qarşı .............. 220
Duyğularım öcəşir həvəslə dildən ağıza .................... 220
Vəfa qılma bir kimsədən vəfa candan doğmayırsa ... 221
Əgər yoxdur gəlbində sənin Allaha məhəbbət ......... 221
Nə gərək ki, bu gədər çəkəsən əzabı, bəşər ............. 222
Gələ bir başa ağıl, biz də bir hörmətə çataq ............. 222
Gərək insan özünü yaxşılığa sövq eləsin ................... 223


358
Ширин Ханым Кяримбяйли Шадиман
Sözü düzgün, özü mərd ol bu cəsarətdə, oğul .......... 224
Gəlmişəm öz canı verəm eşqlə qurban vətənə ........ 224
Şair olanın ruhuna qanad gərək olsun ...................... 225
Xəzərdə fırtınadı ..................................................... 226*
Göyçəkdi bahar ......................................................... 226
Gəl mübarək bahar ................................................... 228
Bu payız .................................................................... 230
Al günəş aləmi bəzədi yenə ...................................... 231
Ağaclar sarı-sarı yarpaqların ələyir ........................... 231
Quşbaşı qar yağır ...................................................... 232
Bu yerdə ................................................................... 234
Ay payız gecəsi .......................................................... 234
Yaman günə salıbdı ................................................... 235
Sarı-qırmızı güllər ..................................................... 236
Əcəb bənövşələr açıb telləri ..................................... 237
POEMALAR
RUHLARIN FƏĞANI ..................................................  238
BALACA ŞƏHİD FARİZİN HEKAYƏTİ ............................ 250
PYESLAR
DAĞILAN YUVALAR ................................................... 258
KAHADA ÖLÜM HÖKMÜ ........................................... 289
SEVGİ VARA SATILMAZ .............................................. 305
RƏVAYƏTLƏR
QİSMET ALLAHDANDI ............................................... 331
ÜÇ QİSİMDƏ OLAN İNSAN ........................................ 333
QAZİ VƏ ZİNA QADININ HEKAYƏTİ ............................ 336 
RUZİSİNƏ ASİ OLAN KİŞİNİN RƏVAYƏTİ .................... 339
ANA LEYLƏYİN HEKAYƏSİ .......................................... 344
YERLƏ GÖY ƏFSANƏSİ .............................................. 346
MÜƏLLİFİN ÇAPDAN ÇIXMIŞ KİTABLARI ................... 350
Müəllif və əsərləri haqqında 
çap olunmuş kitablar ................................................ 351
MÜNDƏRİCAT  .......................................................... 352


359
Сечмяляр (шеирляр)


Şirin xanım 
Kərimbəyli Şadiman
SEÇMƏLƏR
(şeirlər, poemalar, dramlar)
IV CİLD
Чапа имзаланмышдыр: 13.03.2015
Каьыз форматы: 70х100 1/32
Щяжми: 11,25 ч.в;  Tiraj: 
750
Áàêû, ÀÇ 1102, Òáèëèñè ïðîñ., 76
Òåë: (+994 12) 431-16-62; 431-38-18
Ìîáèë: (+994 55) 212 42 37
å-ìàèë: èíôî@ãàíóí.àç
www.ãàíóí.àç
www.fb.com/Qanunpublishing

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin