326 ШиринХаным Кяримбяйли Шадиман
Altunşah ( kədərli) Bəlkə doğrudan da sevir Sultanı,
Onun da cismindən çıxacaq canı.
Daha anlamayır sevgi ölümdür,
Ürəklər bu hissdən bölüm-bölümdü.
Ərqayayla Süsən görün ki, necə?
Ölümə tuş oldu özləri becə!
Sultan (həyacanlı) Sus, dostum, Süsəni gətirmə dilə,
Məhv etdim bacımı mən bilə-bilə.
Demə, pak sevgilər varmış həyatda,
Təmiz ürəklərdə ən dərin qatda.
Onun taleyinə mən qara yaxdım…
Nazan (kefli) Sultan, mən də sənə bu eşqlə baxdım,
Ya mən, ya arvadın birimizi seç,
Sevginin yolunda balandan da keç.