324
Ширин
Ханым Кяримбяйли Шадиман
Ruhum Ərqayaya qovuşacaqdır,
Bu həsrət, bu hicran sovuşacaqdır.
Ah, əziz qardaşım,
daha əlvida,
Gəl, öp alınımdan bu ki, son vida.
(ölür…)
Yeganə bacısının ölümündən dəhşətə gələn Sultan nalə
çəkir. Toy yasa çevrilir.
Sultan (sarsılmış)
Ya Rəbb, bu nə sitəm, bu nə fəlakət?
Bugündən qoy gülsün mənə məmləkət.
Məhv etdim bacımı öz əllərimlə,
O rəzil, o çirkin əməllərimlə.
Qoy Tanrı,
qoy Allah qəhr etsin məni,
Qaytarmaq
çətindir, ey Süsən, səni.
Gəlinlik paltarı, qızıl,
pul-para,
Çəkdi ürəyini min yerdən dara.
Bacımın bəxtinə yazıldı qara.
Dostları ilə paylaş: