Aypara (üzünə təbəssüm verərək)
Ay qadınlar, sağ olun,
Daima xoşçağ olun.
Toy hər qıza büsatdı,
Bu bir xoşbaxt saatdı.
Qadınlar (yenidən bir səslə)
Ay Aypara, mübarək,
Coşub-daşsın qoy dilək.
Sən qardaş arvadısan,
Süsənin imdadısan.
Sən ona ana oldun,
Çox məğrur sona oldun.
Hər subaya bu gündən,
Bu toydan, bu düyündən,
Qismət olsun inşallah,
Hər işdə böyük Allah,
Qoy bizlərə yar olsun,
Millətimiz var olsun.
Toy evlər yaraşığı,
Hər evin gur işığı,
O, hər qapını açar,
Heç kim olmasın naçar.
Lamiyə
(dolmuş halda bibisi Süsənə yaxınlaşır)
Bibi, gözüm işığı,
Evimiz yaraşığı.
Mən sənsiz nə edəcəm?
Vallah, gəlib-gedəcəm,
Unutmaram mən səni,
Ayrılıq, həsrət çəni
319
Сечмяляр (шеирляр)
Gözlərinə dolmasın,
Gözəl üzün solmasın.
Sənin qardaşın qızı,
Salar könlünə yazı.
Bibi, qadanı alım,
Səni qəlbimə salım,
Orda könlümü bəzə,
Gəlməyəsən heç gözə.
(Süsəni qucaqlayır.)
Süsən (pıçıldayır)
Bu evdə tək sevincim,
Mənim dürdanəm, incim.
Sən əzizdən əzizsən,
Çeşmələrtək təmizsən.
Candan sevirəm səni,
Sən də unutma məni!
Mənə su gətirsənə…
( Lamiyə bibisinə su gətirir.)
Lamiyə (həyacanlı)
Al iç, bibi, bu suyu,
Fikir dərin bir quyu.
Kim düşsə heç çıxmayır,
De o kimi yıxmayır?
Sevin, şadlan, ay bibi,
Ahdır həyatın dibi.
Hamıya quyu qazır,
Kitablar belə yazır…
320
Ширин Ханым Кяримбяйли Шадиман
Süsən (qürurlu)
Kədərlərin yuxlasın,
Allah səni saxlasın.
Ata evinə işıq,
Bəxtimizə yaraşıq.
Lamiyəni öpüb su ilə dolu stəkanı ondan alır.Bu vaxt həyətdən
gəlin üçün gələn maşınların səsi eşidilir.Baş qarışır, Süsən
qarşıqlıqdan istifadə edib qoynunda gizlətdiyi başağrısında
işlədilən analgin dərmanından bir xeyli qəbul edir. Lamiyənin
gətirdiyi suyu içir. Süsəni gəlinlik paltarında otağdan çıxarıb
maşina aparırlar. Hamı evi tərk edir, yaxınlıqda toy olacaq
restorana tələsir.
Pərdə örtülür
6-cı şəkil
Toy keçiriləcək restoran. Bəylə gəlin başda əyləşib. İçdiyi
dər mandan Süsənin əhvalı pisdir.Toy qələbəlikdi. Toya yalnız
amerka pulu dollar salınır. Süsən son dərəcə ağır psixoloji
durumda…
Altunşah (fərəhlə)
Ay ana, toy gərək Böyükadada,
Çatsın ən şərəfli, böyük bir ada.
Yeməklər, şərablar bir çeşmə olsun,
Durub, dayanmadan süfrəyə dolsun.
Dostları ilə paylaş: |