(Aypara son dərəcə hirsli otağı tərk edir.)
Süsən (həyacanlı)
Allahım, bu dərdin əlacı dərman,
Doldursam mədəmə el eyləməz man.
Onsuz da bir azdan gedirik toya,
Mənim əzablarım qoy dönsün vaya.
Başağrı dərmanı çatar dadıma,
Yetişər əzablı can fəryadıma.
(Bir ovuc dərmanı qoynuna qoyub
qadınların yanına keçir.)
Pərdə enir
III PƏRDƏ. 5-ci şəkil
Gəlini aparmağa gələn maşın həyətdə gözləyir. Qadınlar
Süsənin üst-başına və üz gözünə axırıncı dəfə fikir verirlər.
Qadınlar (bir səslə)
Qızlar, gözünüz aydın,
Deyin Süsənin adın.
Bəxtiniz qoy açılsın,
Qüssə, qəmdən qaçılsın,
Qızın bəxti ər evi,
Qadın edər zər evi.
Gəlin evə din-iman,
Onsuz ev boş dəyirman.
Ay qızlar, xoşbaxt olun,
Baxın, səadət yolun
Açarı Süsəndədir,
O hamıdan öndədir.
318
Ширин Ханым Кяримбяйли Шадиман
Dostları ilə paylaş: |