316
Ширин
Ханым Кяримбяйли Шадиман
Qoyma sinələrdə, sən Allah kamı.
Analar bəsləyir eşqlə balanı,
Bir düşün, ay balam, Narınc xalanı.
O da Altunşahı kamla saxlayıb,
Xalqdan, caamatdan ayıbdır, ayıb.
Söylə,
nə edirsən bu tək otaqda,
Dərdə salıb canı qoyma yataqda.
Süsən (əsəbi)
Sən məni güdürsən, vallah,
ay gəlin,
Mənimçin hər zaman zəhərdir dilin.
Az qalıb, arzuya yetərsiz daha,
Siz məni batırdız büsbütün aha.
İndisə, izləmə məni hər addım,
Mən sənə bu evdə həmişə yaddım.
Qardaşın arvadı baldızı sevməz,
Baldız da heç zaman yad qızı sevməz!
Bunu
eşitməkçin gəldin sən bura,
Bəsdir, ürəyimi etdiyin yara.
Keçdim bu otağa bir az dincəlim,
Gəlmədim dilinlə solum, incəlim.
Aypara (məyus)
Nə
dedim dilindən töküldü zəhər,
Zəhər danışana bəxt verməz bəhər.
Ağlını başına yığ, ay biçarə,
Bir azdan toyundur arama çarə.
Üzünün gülüşün qaçırtma belə,
Salma öz adını ağıza, dilə.
Mənim
deycəyim sözlərim budu,
Evimizi yıxar bu dedi-qodu.
Qadınlar oturan otaqda otur,
Elin söz-söhbəti aləmi qatır.
Gedirəm, sən də gəl tez yanımıza,
Salma ağrı-acı bu canımıza.