327
Сечмяляр (шеирляр)
Sultan (sakit görkəm alaraq)
Bəsdir, axıtma gəl göz yaşlarını,
Şərabda tapmısan sirdaşlarını.
Çoxdan itirmisən namusu, arı,
İçgidə axtarıb tapmısan yarı.
Min Sultan
bəs etməz bir gündə sənə,
Fikrin kəf gəlməkdir indi də mənə.
Sevgidən, eşqidən oxudun, bəsdir,
Məni qamarlamaq hiylən əbəsdir.
Şərabtək qədəhə süzüb adını,
Kef üçün çox içdim səntək qadını…
Birdən Nazan əlində bıçaq mətbəxdən gəlir, bir əliylə Sultanı
arxadan qucaqlayır, bir əliylə qoltuğu altda gizlətdiyi bıça-
ğı onun boynuna çəkir. Arteryal qan damarına düşən bıçaq
yerə düşür.Və qan çılçırağın və oturacaqların üstünə fışqırır.
Altunşah Sultanın üstünə yüyürür. Nazan, dəli kimi, dişarıya
atılır və qonşudan təcili yardıma zəng edir.
Sultan (qan içində)
Ah, Allah, ah, Tanrı, bu düşgün qadın,
Batırdı
bir nəslin, bir soyun adın.
Bacım elə öldü mən isə belə,
Verdim həyatımı, İlahi, yelə.
(Təcili yardım gəlir. Sultanı xeyli qan itirmiş halda
xəstəxanaya aparırlar.)
Pərdə örtülür.
328
Ширин Ханым Кяримбяйли Шадиман
8-cı şəkil
Gecədir. Xəstəxana. Çoxlu qan itirmiş Sultan ağır vəziyyətdə
cərahi əməliyyat altında. Ərinin sağ qala cağına ümidini itir-
miş Aypara dəhliz boyu hönkür-hönkür ağlayıür. Yuxusuzluq-
dan və dəhşətdən Lamiyənin ay üzü qaralıb.
Lamiyə (ağlar)
Ana,
zülümlərdən üzüldü ürək,
Bizə xoş həyatı çox gördü fələk.
Aypara (ümidsiz)
Ay Allah, bircə yol rəhm eylə mənə,
Dərgahında əlim, dərvişəm sənə.
Sultana şəfa qıl qalxsın ayağa,
Qıyma
şirin cana, qıyma növrağa.
Şəfqət bacısı (qapını açır və dəhşətlə)
Doktorlar saxlaya bilmədi qanın,
Yaralı xəstəniz tapşırdı canın…
Aypara (içəri yüyürür və ərinin meyidi üstünə sərilir.)
Sultanım, ömrünün taxtı çevrildi,
Yeganə qızımın baxtı çevrildi.
Dost-düşmən
içində xəcil olduq, ah,
Mənə də rəhm eylə öldür, ay Allah.
Dağıtdı evimi şərəfsiz qadın,
Ləkəyə batırdı bir soyun adın.
Ay Allah, of, Tanrı, zülmünə bir bax!
Dostları ilə paylaş: