330
Ширин
Ханым Кяримбяйли Шадиман
Lamiyə (ata və anasının meydi üstündə ağlar)
Altunlar, paralar dağ çəkdi bizə,
Fəlakət gətirdi, ailəmizə…
Rahatlıq tapmadı
əlindən cahan,
Dünyanın köksündə dərya olub qan.
Savaş gün vermədi heç bir millətə,
Atdı ölkələri altun zillətə.
Baş
kəsən də bizik, baş kəsdirən də,
Göyləri yerlərdən hey küsdürən də.
Halıma yanmasın
bir qətrə Allah,
Günahdan doğulduq, ömrümüz günah.
Ehey, ulu Tanrım, çaxsın şimşəklər,
Ağlasın zəhmindən qorxunc ürəklər.
Çirkaba batıbdı insanlıq yenə,
Məhəl qoyulmayır Allaha, dinə.
Onun əzabıdır
sinəmiz ağlar,
Odur ki, Rəbbimiz qapılar bağlar.
Dostları ilə paylaş: