329
Сечмяляр (шеирляр)
Nazan tutulubdu polisdə yatır,
Əxlaqsız qızının cinisi qatır.
Küçə qadınına verib parasın,
Atdı yetimliyə ciyərparasın.
Mənim fəğanımdan
inləsin bəşər,
İnsan – şeytanlıqdı,
iblis ürək, şər.
Bir-birinə
qənim kəsildikcə biz,
Gecələr yarasa, gündüzlər iblis.
Bir
üz görmədim ki, olmasın donsuz,
Tanrı hüzurunda gunahlar sonsuz.
Süsənin göz yaşı
boğdu bizi də,
Uddu tənimizi ah dənizi də.
Öldür, qoy mənim də qurtarsın canım,
Sağ qalsam sabahdan başlar divanım.
İzin
ver zülümlə ölmüş, Sultanım,
Axar qanlarına qarışsın qanım.
Bu
adla yaşamaq, vallah, zülümdü,
Hər rusvayçılığı örtən ölümdü…
Dostları ilə paylaş: