Shirin xanim Sechmeler 4-cu ktab indd


(Lamiyə meyidlərin üstünə yıxılır…)



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə278/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   274   275   276   277   278   279   280   281   282
(Lamiyə meyidlərin üstünə yıxılır…)
 Pərdə çökür
 Son
 23.02.1994


331
Сечмяляр (шеирляр)
RƏVAYƏTLƏR
 
QİSMƏT ALLAHDANDI
Belə nəql edirlər kasıb bir kişi,
Kotanla yer sürüb əkməkmiş işi.
Çətin güzəranla keçirərdi gün,
Yoxsulluq köksünün başında düyün.
Bir səhər kotanla yer şumlayarkən, 
Sürdüyü tarlanı hey tumlayarkən,
Şum altdan bir dəmir küpə göründü,
Kişi götürməyə onu ərindi.
Ayağıyla vurub atdı kənarə,
Yenə işin gördü hey qanı qarə.
Axşam oldu kasıb döndü evinə,
Danışdı işindən arvad sevinə.
Kişi bardaş qurub süfrə başında,
Dedi: «Ağrısı çox qoca yaşın da.
Torpqda işləmək güc tələb edir,
Mənim də günlərim ömürdən gedir,
Əkdiyim ödəmir üst-başımızı,
Yoxsulluq axıdır göz yaşımızı.
Səhər tezdən yeri şumlayarkən mən,
Az qaldı kotan da çıxsın əlimdən.
Bir dəmir küpəyə ilişdi qaldı,
Güc vurdum qolumdan gücümü aldı.
Ərindim qaldırım baxım bir ona,
Vurub ayağımla atdım o yana.
Qismət Allahdandı, Allah istəsə,
Qoymaz vücudumu aclıqdan əsə.
Bacadan başıma tökər sərvəti...
Var ilə sayılır kişi hörməti.»
Bu vaxt qonşu arvad qapı dalında,
Sanki heç deyildi o öz halında.
Eşidib o dəmir küpə söhbətin,
Qaçdı oğurlasın özgə qismətin.


332
Ширин Ханым Кяримбяйли Шадиман
Gecəylə tarlaya üz tutub getdi,
Elə təngənəfəs küpəyə yetdi.
Açdı ağızını dəmir küpənin,
Üç zəhərli ilan ürpətdi tənin.
Tez ağzın bağladı küpənin qadın,
Batırdı içində qorxu fəryadın. 
Arvad hikkə ilə küpəni aldı,
O hiylə pərisin qoynuna saldı.
Dedi: «Qonşununki fitnəsidir bu,
Bacadan ataram lap bəsidi bu.
Arvad da, kişi də qoy ölsün getsin,
Gecəykən onların işləri bitsin.
Duyub yə`qin mənim ayaq səsimi,
O çoxdan bilirdi var həvəsimi.
Tələyə salmaqmış niyyəti onun,
Ölməkdir bu gecə qiyməti onun.»
Dırmaşır kasıbın damına səssiz,
Bacanın önündə arvad çökür diz.
Açaraq küpənin ağzını bir az,
Qorxudan üzünün rəngi bəmbəyaz.
Buraxır bacadan o dəmir qabı,
Gördüyü səhnədən kəsilir tabı.
Küpədə ilanlar qızıla dönür,
Şabaştək yoxsulun başına enir.
Kasıb arvadına tutaraq üzün,
Dedi: «İlahini gördümü gözün?!
Bacadan başıma tökdü sərvəti,
Ey arvad, bil, budur Rəbbin qüvvəti.»
Qonşu tez bacaya başını saldı,
Dedi: «Qızıl mənim nə qeylü-qaldı?»
Kasıb da bacaya tərəf boylandı,
Bayaqkı söhbəti o saat andı.
Dedi: «Sənin varın burda neyləyir?
Bacadan tökülən xətrinə dəyir?
Mənim qismətimə göz dikdiyinçin,
Sənin mətləbini Rəbb etmədi çin.
Başını dürtdüyün yad baca ki, var,
Səndən alar canı havaya sovar.


333
Сечмяляр (шеирляр)
Şeytan fitvasıyla nəfsinə uyma,
Axırda özünü pis günə qoyma.
Get şükürlər ilə yad et Allahı,
Üzünə xeyirə açsın sabahı.
Qismətin quludur insanın özü,
Odur ki, qismətə dikilib gözü.»

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin