Shirin xanim Sechmeler 4-cu ktab indd



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə280/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   274   275   276   277   278   279   280   281   282
08.03.2002
 
QAZİ VƏ ZİNA 
 QADININ HEKAYƏTİ
Ey səhər, etməyək heç bircə günah,
Xeyirlə üzlərə açılsın sabah.
Səvabdan yapışsın bəşər övladı,
Olmasın cahanda körpə fəryadı,
Bütün insanların gözləri gülsün,
Dünyanın üzündən sevinc tökülsün.
İdraklar xeyirli işə can atsın,
Adəm övladını paklıq ucaltsın.
Səvaba çalışsın qoy bütün cahan,
Səvabın içində dövran etsin can.
Çünki heç bir şeydən yaranmadıq biz, 
Bütün kainata Allah açıb iz...
Bu gün etdiyimiz hər bir işimiz,
Haqqın qanunuyla pis gərdişimiz,
Sorğuya, suala çəkiləcəkdir,
Əməllər ortaya töküləcəkdir.
Dünyaya gətirən bizi haqq-təla,
Onun əlindədir həm bəxt, həm bəla.
Bütün kainatı yaradan Allah,
Bəşəri yox edər çəksə bircə ah!
Xeyirdən yapışan haqqa ucalar,
Hər işdə Tanrıdan, Rəbbdən bac alar.


337
Сечмяляр (шеирляр)
Hər xeyir əməli sanaraq uca,
Rəvayət danışdı mənə bir qoca.
Dedi, Qazi vardı bir məmləkətdə,
Tapdı xeyir işi o, bərəkətdə.
hər cümə axşamı verdi xeyirat,
O günü aclara olsun xoş həyat.
Qazanlar asıldı, süfrə açıldı,
Üzlərdən, gözlərdən şəfəq saçıldı.
Hər cümə axşamı yeyildi ehsan,
Fəqir-füqarəyə verildi xoş an.
Doydu ac qarınlar isindi canlar,
Razılıq eylədi Qaziyə onlar.
Bir cümə axşamı şər qarışan vaxt,
Bir ac yolçu döydü qapını bivaxt.
Xeyirat verilib süfrə yığılıb,
Artıq camaat da təmam dağılıb.
Qazinin əmriylə gəldi qulluqçu,
Yolçuya «gecikdin» dedi, dilucu.
Qapıdan peşiman qayıdan acın,
Kimsə ödəmədi aclıq əlacın.
Yolçu kor-peşiman qayıdıb getdi,
Qazinin bu işi Tanrıya yetdi...
Həmin məmləkətdə bir zina qadın,
Çoxdan batırmışdı öz təmiz adın.
Nəlayiq yollarla pul qazanardı,
Camaat pis adla onu anardı.
O bir gün faytonla keçdiyi zaman,
Yolun kənarında gördü bircə an.
Bir ana üç uşaq dayanıb durub,
O yazıq səfillər boynunu burub.
Əl açıb durublar faytona sarı,
Artıq şər qarışıb günbatan yarı.
Həmin an faytonu qadın saxlatdı,
Özünü faytondan tez yerə atdı.
Oturdub acları yanında qadın,
Tanrı dərgahında ucaltdı adın.
Götürüb evinə gəldi, onları,


338
Ширин Ханым Кяримбяйли Шадиман
Bir az qoy isinsin o ac canları.
Yedirib doydurdu hey səfilləri,
O talesizləri, o tifilləri!
Evində yer verdi aclara gecə,
Sanki mələk oldu o qadın necə.
Ötüşdü zülmətlər, gəldi xoş sabah,
Yoxsul ürəyindən yox olmuşdu ah.
O təzə pal-paltar verdi aclara,
Səadət bəxş etdi naəlaclara.
Düyünçəyə yığdı pulu, zinəti,
Artdı ac qadının min qat heyrəti?!
Dedi ki, mən bəxşiş verirəm sənə,
Ehtiyacın olsa dönərsən yenə.
Yolçular duayla tərk etdi onu,
Hər bir yaxşılığın xeyirdir sonu!...
Elə zaman gəldi bir fateh kimi,
Əzrayıl onların oldu hakimi.
Qazi də, qadın da dünyadan köçdü,
Torpağın üstündə dünya da köçdü!...
Sorğu-sual günü gəlib yetişdi, 
Qazi cəhənnəmin içinə düşdü.
O zinalıq edən yetdi cənnətə,
Tanrının əliylə çatdı hörmətə.
Qazi sual etdi: «Günahım nədir?
İlahi bu qədər mənə zülm edir!
Mən ki, ömrüm boyu acların şamı,
Süfrəm açıq olub cümə axşamı.
O ki, zinalıqda çıxardıb adın,
Cənnətə düşməli indi o qadın?»
Gəldi İlahidən bir şahanə səs:
 «Yolçunu qovduğun günah deyil bəs?
Sən heçə endirdin etdiklərini,
Boş yerə sərf etdin alın tərini.
O zinalıq edən qadınsa o gün,
Açdı bədbəxtlərin bəxtindən düyün.
O ac yetimlərə verdi varından,
Qopardı onları aclıq darından.


339
Сечмяляр (шеирляр)
Səvaba yetməyin quyusu dərin...
O özü qazandı cənnətdə yerin!»
Qoca rəvayəti yetirdi sona,
Mən də qulaq asdım heyrətlə ona.
Sonra hekayəti könlümə saldım,
Tanrının hökmüylə qələmə aldım.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin