Shirin xanim Sechmeler 4-cu ktab indd



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə281/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   274   275   276   277   278   279   280   281   282
 20.02.2000
 RUZİSİNƏ ASİ OLAN 
 KİŞİNİN RƏVAYƏTİ
Deyirlər bir kənddə çox kasıb kişi,
Odun satmaq idi gündəlik işi,
Gedərdi meşəyə yığardı şələ,
Sonra güclə, zorla atardı belə,
Şəhər bazarına gedib çatardı,
O bir abbasiyə onu satardı.
Ruzinin azlığı kasıba kədər,
Dedi: «Keçirmərəm günümü hədər.
Qoy mən bir şələmi iki eyləyim,
Bəlkə kasıblığın qəddini əyim.»
Bir səhər yollandı yenə meşəyə,
Saldı o özünü lap əndişəyə.
Bu gün iki şələ odunla getdi,
Şəhər bazarına naharda yetdi,
Çalışdı bir az çox qazansın kişi,
Yaxşı gətirmədi onun heç işi.
Lakin iki şələ bir abbas oldu,
Kasıbın ürəyi, könlü oyuldu.
Qayıdıb peşiman o yola düşdü,
Kədərdən, qüssədən, sanki büzüşdü.
Yolda bir qocayla kasıb rastlaşdı,
Hikkədən, əsəbdən qaynadı, daşdı,
Dedi: «Bir şələni eylədim iki,
Boş yerə çulladım belimə yükü.
Qazancımsa oldu yalnız bir abbas.
Qoca, ayaq saxla mənə qulaq as,
Yoxmu heç Tanrının söylə insafı?


340
Ширин Ханым Кяримбяйли Шадиман
Salır əzablara təmizi, safı.
Halal qazancımı artırmır heç vaxt,
Haramı, oğrunu eyləyir xoşbaxt.»
Qoca gülümsünüb köksün ötürdü,
O müdrik sözünü belə bitirdi.
Dedi: «Yetirərəm Rəbb dərgahına,
Bəlkə bir son qoyar sənin ahına.»
Allah elçisiydi qocanın özü,
Keçirdi Tanrının yanında sözü.
Qoca bircə anda tez gözdən itdi,
Rəbbin hüzuruna bir anda yetdi.
Ağzını açmamış pak ilahi səs,
Dedi: «Kasıb bilmir o ruzidir bəs?»
Yolda qarşılaşdı qoca kişiylə,
Bir də maraqlandı onun işiylə.
 «Yenə həmən hamam, həmən tas» – dedi
Qoca ona baxıb, qulaq as dedi: 
 «Sənin ruzin budur - Tanrı söylədi -
Alın yazısında qazanc öylədi.»
Kişi hirislənib dedi: - qocaya -
 «Daha bu Allahı salmaram saya.
Ayrı məmləkətə köçüb gedərəm,
Ordakı Allaha dua edərəm.»
Kişi gəldi evə dedi niyyətin,
Sonra yığışdırdı köçün, külfətin.
Ayrı bir diyara üz qoydu getdi,
Yolda bir varlıya o gəlib-yetdi,
Varlı karvanıyla evə gedirdi,
Sözü-söhbətiylə valeh edirdi.
Kasıbın kimliyin soranda varlı,
Gördü ki, ürəyi dərddən qubarlı.
Kasıb öz halını söylədi ona,
Dedi ki, mən daha gəlmişəm cana,
İndi də köçürəm yad məmləkətə,
Bəlkə orda yetdim bir bərəkətə.
Hamilə zənənim, bir də bax özüm,
Qalmayıb səbirim, qalmayıb dözüm.
Varlı ona dedi: «Mənə qulluq et


341
Сечмяляр (шеирляр)
Evimdə işləyib məqsədinə yet.
Həm yuvan olacaq, həm də çörəyin,
Dərddən ağrımasın daha ürəyin.
Tacirəm, zənginəm dövlətim çoxdu,
Mənimtək bu yurdda bəxtiyar yoxdu.»
Varlının mülkünə gəldi o kişi,
Daha rəvan getdi onun hər işi.
Tacir mal dalınca gedir bir müddət.
Zənənin ağrısı eyləyir şiddət.
Kasıba bir oğul doğur həmən gün,
Onların bəxtinə olur toy-düyün.
Uşaq doğulanda sınır döşəmə,
Döşəmə altında qızıl sən demə.
Qızıldan bir sıxma gizləyir kasıb,
Sonra da o yeri izləyir kasıb.
Sınmış döşəməni düzəldir bir an,
Sanki uçmayıbmış ora heç zaman.
Ay ötür, il dönür varlı da dönür,
Ayrı həvəs ilə könlü döyünür.
Deyir başqa yerə köçüb gedirəm,
Oranı özümə məkan edirəm.
İstəsən evimi sataram sənə,
Ya pul, ya da qızıl verərsən mənə,
Kasıb fikirləşir onsuz varım yox,
Ev-eşik almağa iqtidarım yox,
Tapdığım qızılı verərəm ona,
Duyuq düşsə əgər, ziyan nə cana?
Qovar, köç-külfəti yığıb gedərəm,
Ayrı bir məkanı yuva edərəm.
Deyir: «Varlı ağa, pul yox qızıl var,
O mənim bəxtimə, taleyimə yar.
Qızıl sənin olsun, ev isə mənim,
Tale gəmisində həyat yelkənim,
Qoy üzsün zamanın dənizlərində,
Bəxt gülsün üzünə kənizlərin də.»
Varlı o kasıbdan qızılı alır,
Kasıb da varlıya bir nəzər salır.
Görür xəbərsizdi varlı yatardan,


342
Ширин Ханым Кяримбяйли Шадиман
Qurtarır könlünü kasıb da dardan.
Varlı evi satır qızılı alır,
Ayrı məmləkətdə yurd-yuva salır.
Qalır o var, sərvət kasıb kişiyə,
Oğlu, arvadıyla evə-eşiyə,
Kasıb sahib çıxır bax o zamandan,
Qurtulur ürəyi ahdan, amandan.
Deyir: «Ey bu yurdun Allahı, şükür,
Başıma fələyin cah-cəlal tökür.
O yurdda kasıblıq hey üzdü məni,
Könlümə yağdırdı çiskini, çəni.
Burdakı Allahın rəhmi böyükdür,
Ordakı Allahın zəhmi böyükdür.»
Düşünür qocanı mən tapım daha,
Çatdırsın sözümü orda Allaha.
Kasıb çox arayır qocanı tapır,
O söz köhlənini şimşəktək çapır.
Deyir: «Sözlərimi yetir sən ona, 
Mən onun əlindən gəlmişdim cana.
Burda həm sərvətim, həm hörmətim var,
Pul hər çətinliyin burnunu ovar.»
Tanrı dərgahına tez yetir qoca.
Deyir: «Var yetişib dünənki aca.
Ordakı Allahdan ağzı duada,
Ötüşüb bəxtindən qüssə, dərd, qada.»
Tanrı deyir: «Yetir o kasıba sən,
Onun ruzisini mən yazmışam, mən.
Ruzisin bir abbas vermişəm onun,
Sanmasın o varı gündəlik donun.
Doğulan uşağın ruzi – pul, para,
Onunçun o kişi yetişib vara.
Ananın qarnında olarkən hələ,
Yazdım o uşağın alnına belə.
Yetir o kasıba İlahi birdir,
Talelə, qədərlə Tanrı əlbirdir.
Allahın hökmünü yadına salsın,
Uşağa yazdığım ruziylə qalsın.»
Yetişib kasıbın evinə Qoca,


343
Сечмяляр (шеирляр)
Dedi: «Bəni-bəşər, Allahdı uca,
Oğluna yazılan ruzidir bu var,
Odur ki, bəxtinə sərvət olub yar.
O tək Yaradana şükürlər eylə,
Onun hüzuruna dualar söylə.
Onun əlindədir ruzinin özü,
Odur ki, doymayır bəşərin gözü.
Sənə kasıblığı o yazıb, kişi,
Sanma bu bir başqa Allahın işi.»
Kasıbın köksündən qopdu qəm ahı,
Sandı şükürlərlə min yol Allahı.
Dedi: «Rəbb, bağışla sən bu bəndəni,
Sənin hüzurunda o səhv edəni.
Oğlu da, varı da sən verdin mənə,
Odur ki, bir qulam, İlahi, sənə!»
Başına, gözünə hey döyə-döyə,
Hər gün əllərini o dikdi göyə.
Kasıb şükürlərlə çatdı mərama,
Kaş hamı yetişə arzuya, kama.
Bəşərin köksündə bitsin xoş niyyət,
Necə ki, xoş yetdi sona rəvayət.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin