Shirin xanim Sechmeler 4-cu ktab indd



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə279/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   274   275   276   277   278   279   280   281   282
03.03.2002
 ÜÇ QİSİMDƏ OLAN İNSAN
Belə söyləyirlər peyğəmbər vaxtı,
Bir kişi dilədi qızına baxtı.
Yolunun üstünə çıxsın yaxşı ər,
Bağrını üzməsin kədər, dərdi-sər.
Gün gəldi qapını kəsdi elçilər,
Yarpaqtək qızıyçın əsdi elçilər.
Bir gündə üç elçi düşdü qızına,
Üçü də çevrildi bəxt ulduzuna.
Üzüyumşaq idi kişinin bir az,
Gələn elçilərə eyləmədi naz.
Üçünə söylədi hə kəlməsini,
Xaliqə qaldırdı yazıq səsini.
Dedi: «Ey Yaradan, göstər qüdrəti,
Puç etmə, İlahi, sən xoş niyyəti.
Mənim bir qızım var onlarsa üçdü,
Üçü də bəs niyə qızımı seçdi?
Sənin rəhmin böyük mənə kömək et,
Çətin məqamdayam imdadıma yet.»
Haqdan səda gəldi, «Eşşəyi, iti, 
Qızına yaxın tut addım at qəti.»
Ata balasının tutub əlindən
Övlad istəy ilə öpdü telindən.
Tez heyvanlar olan yerə gətirdi,
Eşşəyi, iti də ora ötürdü.
Birdən, zənnlə baxdı, qızı üç oldu,
Bayaqkı əndişə, sanki puç oldu.
Kişinin ahını Yaradan gərdi,


334
Ширин Ханым Кяримбяйли Шадиман
Eşşəyi, iti də qıza döndərdi.
Ata İlahiyə şükürlər etdi,
Qızlara toy qurdu mərama yetdi...
Bir gün fikirləşdi kişi kədərlə,
Barışa bilmərəm mən ki, qədərlə.
Öz doğma balama həsrət qalmışam,
Özümü yamanca oda salmışam.
Adam şəkilinə düşmüş heyvanlar,
Mənim qızım kimi növrəstə canlar.
Onları balamdan ayırmaq çətin,
İndi necə bulum Tanrı qismətin?
Öz doğma qızımı görməkçin gərək,
Tərpənim bir qədər hiyləgər, zirək.
Kişi yığışaraq lap qonaq kimi,
Əvvəl bir qızına eyləyir ərki.
Qapını döyərək verir salamı,
Qəlbdə qalmamaqçın heç bala kamı.
Salamın yerinə qız donquldanır,
Kişi o dəqiqə eşşəyi anır.
İkinci gün gedir başqa qız gilə,
Zənn edir, balası üzünə gülə.
Hörmət əvəzinə o itdik görür,
O qızdan dəhşətli bir sərtlik görür...
Kişi barmağını dişləyir fəndlə,
Hiyləsi yamanca işləyir fəndlə.
Üçüncü qız gilə yığışıb gedir,
Qızının əriylə hey xoş-beş edir.
Görür qız hamilə, ağır ayaqlı,
Çox başıaşağı, ərinə bağlı.
Bir xeyli qəlb oxşar kalamdan sonra,
İsti hal-əhvaldan, salamdan sonra.
Dedi: «Yeməmişəm bir neçə zaman,
Yaxşı qarpız düşüb könlümə yaman.
Qoy qızım gətirsin qarpızı mənə,
Ey oğul, əziyyət vermərəm sənə.
Atanın istəyin eşidən qızın,
Xoş duyğu inlətdi könlünün sazın.


335
Сечмяляр (шеирляр)
Enib nərdivana, çardağa qalxdı,
Ordakı tək böyük qarpıza baxdı.
Alıb qollarına düşürtdü onu,
Yeri əlçimlədi o uzun donu.
Heç nə qorxutmadı hamilə qızı,
Onun gəlişinə könüldən razı.
Gəlib o kişinin önündə durdu,
Ata tez qarpıza əlini vurdu.
 «Qızım, başqasını bir gətirsənə,
Zəhmət olmazdırsa, əgər ki, sənə.» 
Gəlin baş endirib qalxdı yuxarı,
Üzündə bir dünya həyası, arı.
Həmənki qarpızı bir də götürdü,
Ata hüzuruna özün yetirdi.
Kişi zənnlə baxdı qızına sarı,
Duymadı üzündə böylə ah-zarı.
Duyuq düşdü, qarpız çardağda təkdi,
Qızı imtahana yamanca çəkdi.
Dedi: «Bir başqası olmazmı məgər?»
Nə qızcığaz dindi, nə də cavan ər.
Qız bir də qayıdıb qalxdı çardağa,
Utancaq görkəmdə baxdı sol, sağa.
Həmənki, qarpızı aldı əlinə,
Bir şirinlik qatdı tuti dilinə.
Atanın önünə yetirdi özün,
Örpəklə gizlətdi utancaq üzün.
Kişi riqqət ilə baxdı qızına,
Şükürsana etdi bəxt ulduzuna.
Hey, eyni qarpızı övlad üç kərə,
Hamilə, çardağdan endirdi yerə.
Dedi: «Bu qarpızı mənimçin kəsin,
Suzundan yanıram bir az tələsin.»
Ata iştahayla yedi qarpızı,
Allahdan, taledən, baladan razı.
Dedi: «Çox ucadır insanlıq adı,
Bu mənim öz balam insan övladı.
O qızlar eşşək və bir də it imiş,
Odur ki, dil acı, baş da küt imiş.


336
Ширин Ханым Кяримбяйли Шадиман
Qarışar adəmin nəsili, eyvah.
Bürüyər dünyanı bundan sonra ah.
Görünməz elənən hər səhvin ucu,
Düşər ayaqlara dünyanın tacı...»
Ata düşündü ki, səhvi düzəltsin,
Allaha yenidən dualar etsin.
Kişi əl götürdü o haqq dərgaha,
Dərgahdan bir səda gəlmədi daha...

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin