|
Сечмяляр (шеирляр)
İLAHİ, DÜNYANI QORU
13
Сечмяляр (шеирляр)
İLAHİ, DÜNYANI QORU
İlahi, dünyanı şeytan, iblisdən,
Vicdanın paraya satandan qoru.
Beyni zəhərləyən min cürə hissdən,
Hər qəlbdə, ürəkdə yatandan qoru.
Gücsüzün göz yaşı dəryadı, çaydı,
Haqsızlıq basılmaz min-min alaydı,
Dörd yanım hıçqırıq, nalədi, vaydı,
Haqqı ayaqlara atandan qoru.
Alıb-aldatmaqdı bəndənin işi,
Haramı halaltək doğrayır dişi,
Savaşı, qırğını, gethagedişi…
Əcəlin belinə çatandan qoru.
Kökündən qırılır gündə min ürək,
Dolur bulud təki, dağılır dilək,
Pislik çox ürəkdə min donlu mələk,
Yamanı yaxşıya qatandan qoru.
İlahi, Şadiman sənə daməndə,
Mat qalıb addımda feilə, fəndə,
Nicat axtaranın ümidi səndə,
Onu çirkablara atandan qoru.
10. 01. 1991
|
|
|