8
Ширин
Ханым Кяримбяйли Шадиман
XUDAYA, ALIŞIB YANDI ÜRƏYİM
Xudaya, alışıb yandı ürəyim,
Bir kimsə dadıma yetmədi, neylim?
Qaldı aralıqda min bir diləyim,
Cəfakeş həyatım bitmədi, neylim?
Dünya ağırlıqda
həsrət sinəmdə,
Quruyur ağrıdan gözümdə nəm də,
Zaman
zildə gedir, arzular bəmdə,
Bu hicran qapımdan getmədi, neylim?
Xudaya, sən özün yaratdın məni,
Özün də üstümə tökmüsən qəmi,
Gecəli-gündüzlü çağırdım səni,
Fəryadım
bir əsər etmədi, neylim?
Ömür bağçasında çiçəklər əkdim,
Min bir zəhmət ilə cəfasın çəkdim,
Onu suvarmaqçın
ağlar fələkdim,
Üstün xəzan aldı bitmədi, neylim?
Xudaya, Şadiman dərddən boğuldu,
İçində
neçə min sitəm doğuldu,
Mənim də xəmirim belə yoğruldu,
Acılar gözümdən itmədi, neylim?
Dostları ilə paylaş: