27
Сечмяляр (шеирляр)
Boyadı min rəngə gözdəki yaşı,
Daşıdı torbayla torpağı, daşı,
Ömürlük olmadı dostu, sirdaşı,
Qalıb taley ilə baş-başa dünya,
Hamıya bir seyr, tamaşa dünya.
Kimsəni
özündən incidən deyil,
Nədə ki, bizimtək can güdən deyil,
Özünü bəşərtək xar edən deyil,
Vurmaz bir gününü boş-başa dünya,
Hamıya bir seyr, tamaşa dünya.
Hamıdan ucadır Tanrı qüruru,
Tutubdu
aləmi gözünün nuru,
Çox dolu bostanı eyləyər uru,
Gələnlə, gedənlə, ey qoşa dünya,
Hamıya bir seyr, tamaşa dünya.
Yorar yollarında o, Şadimanı,
Tutub əllərində bu şirin canı,
Gəlib-gedənin hesabı hanı?
Donunu
bürüyüb qumaşa dünya,
Hamıya bir seyr, tamaşa dünya.
Dostları ilə paylaş: