25
Сечмяляр (шеирляр)
Ötüşməz vaysız.
Dodağında ahı,
Bitib-tükənməz günahı.
İçində Allahı.
Bu dünya – sahilini itirmiş gəmi,
Gözlərinin qurumaz nəmi.
Ağladanı tox,
Ağlayanı çox.
İlləri boğçaya bükər,
Boğçanın ağzını tikər.
Harayı
içində boğular,
Doğulanla doğular,
Ölənlə ölər...
Hər şeyin bizimlə bölər,
Bu dünya – sahilini itirmiş gəmi.
Fəryadıyla ağladar aləmi.
Dərya
udmaq istər onu,
Bir ovuc içi qədər yaxındır sonu.
Hamı varını qamarlar,
Yığıb-yığıb hamarlar.
O isə nə varını gizlədər,
Nə də kirini təmizlədər,
Nə də bir kimsəni əzizlədər.
Hey
bizləri yola salar,
Məzarları üst-üstə qalar.
Bu dünya – sahilini itirmiş gəmi,
Əvvəl-axır öldürəcək qəmi.
Onu duyanları,
Qan ilə doyuranları.
Bu dünya – sahilini itirmiş gəmi,
Bilinməz işinin çəmi.
Dilini bilən kim?
Dərdindən ölən kim?
Fəryadına gələn kim?
Üzünə gülən kim?
18.12.2000