24
Ширин Ханым Кяримбяйли Шадиман
HANI, DÜNYA?
Ədalətin hanı, dünya?
Sədaqətin hanı, dünya?
Gözdən axan yaşlarına,
Qəmlər çatan qaşlarına,
Dərdə girmiş başlarına –
Kəsər sözün hanı, dünya?
Görən gözün hanı, dünya?
Çiçəklərin soldu getdi,
Buludların doldu getdi,
Zaman saçın yoldu getdi,
Ömürlərin sanı, dünya,
Gələnlərin hanı, dünya?
Pulu cana azar etdin,
Düz deyənə həzar etdin,
İnsanlığı məzar etdin,
Bəşərin ünvanı, dünya,
Əsil üzün hanı, dünya?
Əlindən qəlb batıb çənə,
Can deyirəm, can de mənə,
Şadiman ki, yanır sənə,
İsitmirsən canı, dünya,
Ürəyimdə qanı, dünya.
Ədalətin hanı, dünya?
Sədaqətin hanı, dünya?
Dostları ilə paylaş: |