14 ШиринХаным Кяримбяйли Шадиман
QALİB OLA BİLMƏZ Tanrı mənim içimdədi,
Şeytan yolun sala bilməz.
Görünməyən biçimdədi,
Heç kim məndən ala bilməz.
Hara getsəm yanımdadı,
Damarımda, qanımdadı,
Sanki özü canımdadı,
Mən solsam, o sola bilməz.
İblislərlə savaşdadı,
Qəlb içində lap başdadı,
Günahları çox daşdadı,
Şeytan orda qala bilməz.
Həm göydə, həm yerdə hakim,
Kainata odur həkim,
Sirrindən baş açdı de kim?
Canı tənə qala bilməz.
Həm açdıran, həm solduran,
Ölüsünə saç yolduran,
Bu dünyaya dərd dolduran...
Özü dərdlə dola bilməz.
Tanrıdan baş açan varmı?
Dərgahına uçan varmı?
Əlindən bir qaçan varmı?
Dünya onsuz dola bilməz.
Bəs nədir ki, böylə savaş?
Gurşad olub gözlərdə yaş,
Əvvəl, axır enəcək baş
Rəbtək qılınc çala bilməz.
O ki, bizdən yuxardadı,
Həm Tanrı, həm Allah adı,
15 Сечмяляр (шеирляр)
Sual-cavab axırdadı...
Heç kim qalib ola bilməz?