Shirin xanim Sechmeler 4-cu ktab indd



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə17/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   13   14   15   16   17   18   19   20   ...   282
 06.01.2003


32
Ширин Ханым Кяримбяйли Шадиман
DAĞITMAYIN, AMANDIR 
Yer də, göy də, kainat da gözəldir
 İnsan varsa, təbiət də, gözəldir,
Tikir-yıxır, sökür-qurur, düzəldir,
Bu bolluğu məhv eləmək, yamandır,
Dağıtmayın bu dünyanı, amandır.
Boyamayın yeri-göyü qaraya,
Kini səpib, nifaq salmın araya,
Məhv olanda kim gələcək haraya?
Yenə fəza karvan-karvan dumandır,
Dağıtmayın bu dünyanı, amandır.
Arzu, istək, pak amallar, diləklər,
Hələ işdən yorulmayıb biləklər,
Saf qürurla vurur coşğun ürəklər,
Sürətiylə uçub-qaçan zamandır,
Dağıtmayın bu dünyanı, amandır.
Suyumuz bol, sevgimiz bol, çörək bol,
İşdən-gücdən yorulmayan möhkəm qol,
Gələcəkdən müjdə verir gözəl yol,
Ədaləti haraylayan ümmandır,
Dağıtmayın bu dünyanı, amandır.
Körpələr var yer üzündə nə qədər…
Uzaq olsun gözlərindən qəm, kədər,
Eyləməyin arzuları dərbədər,
Onlar bizdən xoşbəxt həyat umandır,
Dağıtmayın bu dünyanı, amandır.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin