44
Ширин Ханым Кяримбяйли Шадиман
İlahinin fərmanıyla
kəsilər nahaq dilin,
Boranlardan, şimşəklərdən solar bağçada gülün,
Zamanın tərəzisindən düşər məkirli elin,
Toxunma torpağıma!
Qamarlayıb qopartdığın yurdlarım məzarlığın,
Ah, cüzam mərəzi təki qurtarmır azarlığın,
Böylə, keçməz Haqq evindən, cani-zülümkarlığın,
Toxunma torpağıma!
O atdığın güllələrin açılar kürəyində,
Parçalanar
min bir yerə qapqara ürəyin də,
Əvvəldən də haram daddı baban da çörəyində!
Toxunma torpağıma!
Tülkü təki tikə gəzən, yurddan yurda pay olmaz,
Tökülən qan bitməzmi heç, belə haqqı-say
olmaz?
Bu
qədər də ölüm-şivən, bu qədər də vay olmaz,
Toxunma torpağıma!
Sən süfrəsi qoltuğunda köçdən-köçə düşənsən,
Harda qədim tarix gördün oraya ilişənsən,
İkiüzlü
çörək təki hər ölçüdə bişənsən,
Toxunma torpağıma!
İkiyüz il kölə olan gözü yaşlı Arazam,
Vulkanam, od içimdədi, demə, belə dayazam!
Sərt üzümü görməmisən ərzi saran ayazam,
Toxunma torpağıma!
Yumruğumu düyünləyib güllə təki sıxaram,
Qeyrətimi balta edib axırına çıxaram,
O hiyləgər ürəyini beşiyində yıxaram,
Toxunma torpağıma!
45
Сечмяляр (шеирляр)
Poladlanmış birliyimlə açaram kələyini,
Ayaq altda
tapdalaram o iyrənc diləyini,
Asi etmə, bəndəsənsə, göylərin fələyini,
Toxunma torpağıma!
Dağlarım da od püskürər divtək cumar üstünə,
Varsa vicdanını səslə, az dur haqqın qəsdinə,
Qayıt Tanrı dərgahına
gəl imana, gəl dinə,
Toxunma torpağıma!
Ədaləti, həqiqəti yuvarlayıb sürgünə,
Bəsdir, daha büründüyün özgələrin kürkünə!
Azərbaycan çoxdan şahid iyrənc, qorxu-hürkünə!
Toxunma torpağıma!
Dostları ilə paylaş: