40 ШиринХаным Кяримбяйли Шадиман
OLİMPİYA Pekində keçrilən 8-24.08.2008-ci il yay olimpiya oyunlarının şərəfinə! Olimpiya – millətlərin birliyinin təməl daşı,
İnsanların bir-biriylə güc yarışı.
Qaliblərin sevinc yaşı.
Məğlubların sinəsinə çökər başı.
Udan ilə uduzanın can təlaşı.
Yunanlardan dunyamıza bir ərmağan,
Bu eşq ilə coşub, daşır həm günbatan,
həm gündoğan.
*** Olimpiya – ürəklərdə gücü coşar,
İdman canda eşqi aşar.
Ağıllarda zəfər yaşar,
Bəxtəvərlik aşıb-daşar.
Olimpiya – güclülərin zəfər marşı,
Çıxa bilməz qalib naşı.
Ölkə-ölkə insanları bir araya yığa bildin,
Hər ürəkdə, hər sinədə sevincini doğa bildin.
Bir neçə gün olsa belə
ölkələrin adamların
Bir amala sığa bildin.
*** Olipiya – bu idmandan çıxan savaş,
Tankı, topu, qurğuşunu,
güllələri yıxan savaş.
Bu bir ağıl fəlsəfəsi,
Burda vuruş gücün səsi,
Burda yoxdu ölüm, qada,
Müharibə düşməyəydi
heç vaxt yada,
41 Сечмяляр (шеирляр)
Futbol ilə,
Güləş ilə,
Qaçış ilə,
Tennis ilə,
Duyğuları xoş hiss ilə