Shirin xanim Sechmeler 4-cu ktab indd


Ширин Ханым Кяримбяйли Шадиман MƏN DƏ VARAM



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə24/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   20   21   22   23   24   25   26   27   ...   282
42
Ширин Ханым Кяримбяйли Шадиман
MƏN DƏ VARAM 
Tanrım qədər yüksəkdədir,
Qanda, canda, ürəkdədir –
Xalqım mənim, elim mənim,
Bülbül təki xoş ləhcəli dilim mənim.
Əzabları – ürəyimin ağrısıdır,
Bircə anlıq fəlakəti –
 
gözlərimin uçub gedən yuxusudur.
Bir kimsəyə əyilməyən,
Xəyanətdə döyülməyən,
Ayaqlara döşənməyən,
Röyalardan üşənməyən,
Ürəyimin qorxusudur.
Bu torpaqda doğulmuşam,
Bu xalq mənim, bu el mənim.
Varlığımı məhvərindən yıxıb sökən,
Qəlb evimi qamarlayan,
Yollarımı hamarlayan,
Dəli-dolu təb sel mənim.
Doğulandan yağısının yağısıyam,
Ölər olsam, qız-gəlinin 
 
dodağında ağısıyam.
 ***
Tanrım qədər yüksəkdədir,
Xalqım mənim, elim mənim,
Dağım mənim, çölüm mənim,
İllər keçər, bu torpaqda ölüm mənim.
Bunun üçün bəxtiyaram,
Xöşbəxtliyə mən də varam!
Bu müqəddəs məmləkətə,
Başı üstə fəlakətə 
 
 
ahı-zaram.
Ölüb, ya Rəbb, qarışacam torpağıma,
Bir münbitlik gətirəcəm,
Quruyan bir ağacıma, yarpağıma.
Allah, şükür bu çağıma!
Od yurdunun bircə qarış elatında öləcəyəm,
Bu torpağın çəkilməyən dərdlərini 
öləndə də ruhun zərif qanadında böləcəyəm.



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin