58
Ширин
Ханым Кяримбяйли Шадиман
Şərin quyruğunu kəsməsək, olmaz,
Vətənin
üstündə əsməsək, olmaz.
Yuvanı qorusan – yurduna dönər,
Yurdunu bəsləsən – ORDUNA dönər…
***
Yenə
zaman ötüb, günlər keçəcək,
Barış şərbətini yağı içəcək…
Ancaq Soyqırımlar ürəyimizdə,
Vicdandan boylanan diləyimizdə.
Susub,
bu qanlarla oturmaq olmaz,
Sandıqlar içinə yatırmaq olmaz.
Olmamış soyqırım bəsləyir yağı,
Haqqı vicdanından həsləyir yağı.
Türklərə edilən bu Soyqırımı,
Bilib, tanımalı dünyada hamı.
Haqqı qəfəslərə salanlar bilsin,
Məkiri,
hiyləsi kalanlar bilsin,
Düzlüyü yoluna qaytarmaq gərək,
Düzlüklə vurmalı cahanda ürək.
Onda
nahaq qanlar tökülməyəcək,
Heç bir insan könlü sökülməyəcək.
***
Quba məzarlığı açdı tarixi,
Dünyaya bir dəhşət saçdı tarixi!..
Dostları ilə paylaş: