62
Ширин
Ханым Кяримбяйли Шадиман
TÜRKÜN BAYRAĞI
Yanacaqdır yerdə,
göydə nurlu, parlaq çırağı,
Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.
O sevdalı ürəklərdə alışacaq şam kimi,
Zülmətlərə udduracaq yağını
axşam kimi,
O Turanın sinəsində coşub-daşan kam kimi,
Altaylarda, Türküstanda gəzəcəkdir sorağı,
Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.
Canımızdan, qanımızdan, ruhumuzdan boylanır,
Onun rəngin görən düşmən fəryad çəkir-oylanır,
Çıxır əngin asimana, başımıza haylanır,
Birləşəcək
Turan ellər, görəcəkdir xoş çağı,
Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.
Qurd ürəkli kişilərin məkanıdır uluslar,
Qan yaddaşa qayıtmağın təkanıdır uluslar,
Şərəf, namus, qeyrət, ismət ərkanıdır uluslar,
Kəsiləcək Türk yurdlardan yağıların ayağı,
Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.
Gələcəkdir bir araya, Ərəm,
deyən oğullar,
Qurd ruhundan qopub çıxan, nərəm, deyən oğullar,
Silah qapıb xainləri, gərəm, deyən oğullar,
Sibiryadan, Tatarlardan uçacaq yel sayağı,
Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.
Çanaqqala savaşının qanı
gəzir üzündə,
Şəhid ruhu alov saçır torpağının özündə,
Məhşərətək haray çəkir ocağının közündə,
Yağı özü yaddır ona, yağı sözü bayağı,
Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.
Türk torpaqlar Ay-Ulduzlar istiqlalın doğacaq,
Onun ruhun sındıranı künc-bucağa sığacaq,
Bayraqların, Türkəm, deyən bir sıraya yığacaq,
63
Сечмяляр (шеирляр)
Artacaqdır sülhsevənin bu topluma marağı,
Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.
Göy atların kişnərtisi qulaqlardan getməyir,
Tarixlərin havacatı hələ başdan ötməyir.
Əllərimiz ayrılalı
bir-birinə yetməyir,
Qıpqırmızı sancağıdır könlümüzün dayağı,
Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.
Türkiyənin səmasından gəl-gəl deyir bizlərə,
Sığal çəkir al rəngiylə şəfəqli gündüzlərə,
İşığından
nur ələnir könüllərə, üzlərə,
Süslənibdi məhəbbətlə tarix dolu varağı,
Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.
Yanacaqdır yerdə, göydə nurlu, parlaq çırağı,
Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.
Dostları ilə paylaş: