55
Сечмяляр (шеирляр)
GÖZƏL VƏTƏN
Gözəl Vətən, dur gur səsin yayılsın,
Süd gündüzlər yuxusundan ayılsın,
Zülmət gecə qoy zəhmindən bayılsın,
Hünər göstər,
ürəyimiz şad olsun,
Bu hünərin şan-şöhrətli ad olsun.
Gözəl Vətən, əməyinlə ucal sən,
O şiş tağlı
zirvələrdən bac al sən,
İgidlərin oylağına tac ol sən,
Son
qoy qəmə, diləklərlə gül daha,
Alnı açıq get bugündən sabaha.
Nə tufandan,
nə borandan qorxun yox,
Hünərin bol, zəhmətin bol,
gücün çox,
Könlümüzdə istəyin var,
gözün tox,
Qorxma, adla yenə çətin yolları,
Yenilməzdir cəsarətin qolları.
Gözəl Vətən, od yurduna dayaq ol,
Gecələrdən,
zülmətlərdən iraq ol,
Azadlığın gözlərinə çıraq ol,
Qaranlıqlar gündüz olsun əlinlə,
Ürəyimiz qoy öyünsün səninlə.
22.01.1987