33
Сечмяляр (шеирляр)
BATABATDA
İstedadsız mükafatda.
İstedadlı batabatda,
Nədir görən bu həyatda?
Ağrı
dolu hər saatda,
Qəlb partlayır min bir çatda,
Qaçır hiylə çapan atda.
Kimi
üzür varidatda,
Kimi qalıb ey bidadda.
Kimi özün gəzir adda,
Ocaq çatıb yanır odda,
Heç bir sözü qalmır yadda,
Hayı-hoyu
min bir qatdda,
Baxıb gülür xain, yad da,
Görür ağlın lap abadda.
Yuxulayır
hey fəryad da,
Yer üzü dolu səyyad da.
İştahı bol, ovu dadda,
Heç ola bilmir azad da.
Xor baxıbdı yoldaş, yad da.
Hər
nəyi var ata-atda,
Kimliyin danıb övlad da,
İlham qalıb ahı-dadda.
İstedadsız mükafatda.
İstedadlı batabatda.
25.10.2009
34
Ширин
Ханым Кяримбяйли Шадиман
ATOMSUZ, NÜVƏSİZ DÜNYA OLAYDI
Atomsuz nüvəsiz dünya olaydı,
Od saçan silahlar röya olaydı,
Adamın üzündə həya olaydı,
Həyat qayıdaydı öz yuvasına,
İnsan qovuşaydı saf havasına,
Yalan qatmayaydı dil duasına.
Sərhədlər
içində yaşasaq da biz,
Savaşa qatlanıb qalmayaydı diz,
Güləydi baxışlar, güləydi hər üz.
Savaşdan, vuruşdan doğmayır həyat,
Niyə fitnələri boğmayır həyat?
Haqqı qucağına sığmayır həyat.
Od saçan silahlar röya olaydı,
Atomsuz, nüvəsiz dünya olaydı…
Dostları ilə paylaş: