5
Сечмяляр (шеирляр)
NİYƏ ŞAİRLƏRİ YARATDIN, ALLAH?
Dünya ağrısıyla
yoğurub məni,
Ruhumu göylərdən qopartdın, Allah.
Ana bətinindən doğurub təni,
Niyə şairləri yaratdın, Allah?
Zamanın acısı sinəyə yağı,
Süzülür ürəkdən dodağa ağı,
Həyat da,
dövran da, gün də bayağı,
Niyə şairləri yaratdın, Allah?
Biz Tanrı deyilik boğaq dərdləri,
Yıxaq
sərhədləri, qıraq sədləri,
Namərdlər cəngindən alaq mərdləri,
Niyə şairləri yaratdın, Allah?
Ağlayan
gözlərdə yaş inilləyir,
Hər şeyi düşünən baş inilləyir,
Torpaq
əsir düşür, daş inilləyir,
Niyə şairləri yaratdın, Allah?
Qandallı dillərin sorğusumu var?
Yalan kəlmələrin doğrusumu var?
Fitnənin, fəsadın oğrusumu var?
Niyə şairləri yaratdın, Allah?
Dərdlərdən sinəyə tonqal qalanır,
Haqq
şişə çəkilir, manqal qalanır,
Yollara, izlərə qanqal qalanır,
Niyə şairləri yaratdın, Allah?
Milli çəkişmələr,
dini bölümlər,
Şahların taxtında sultan zülümlər,
Danışsaq,
boğazdan tutar ölümlər,
Niyə şairləri yaratdın, Allah?
6
Ширин Ханым Кяримбяйли Шадиман
Canımıza yağı
hər düz sözümüz,
Zindan sinəmizə dustaq özümüz,
Bir yol ölənədək gülmür üzümüz…
Niyə şairləri yaratdın, Allah?
Madam ki, kəlməmiz boğazda qalır,
Hər dilin üsyanı ağızda qalır,
Hər yazılan misra kağızda qalır…
Niyə şairləri yaratdın, Allah?
Dostları ilə paylaş: